{category-title}
Gündəm / Kriminal
27.02.2020, 11:53
Polis Mingəçevirdə xüsusi əməliyyat keçirdi - Öldürüldü...
Mingəçevirdə xüsusi əməliyyat keçirilib.
Redaktor.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən gecə Mingəçevir şəhərində axtarışda olan cinayətkarın tutulması istiqamətində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı axtarışda olan şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib.
Hüquq-mühafizə orqanları əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və cinayətkar zərərsizləşdirilib.