{category-title}

 

 

Tanınmış jurnalist Tahir Talıblı 72 yaşını qeyd edir

Respublikanın əməkdar jurnalisti, tanınmış şair-publisist Tahir Talıblı 72 yaşını qeyd edir.

O, 1948-ci ilin fevral ayının 22-də Qərbi Azərbaycanın Loru-Pəmbək mahalı, Evli kəndində dünyaya gəlib.

Doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra təhsilini 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib.

Hələ tələbə ikən - 1970-ci ildən imzasını "Azərbaycan gəncləri" qəzetinin vasitəsiylə oxuculara təqdim edib.

1974-cü ildə ali təhsilini başa vurduqdan sonra doğulduğu kənddə, orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlayan Tahir Talıblı 1975-1980-ci illərdə həmin məktəbin direktor müavini, 1980-1988-ci illərdə isə məktəbin direktoru vəzifəsində çalışıb.

1988-ci ildə on minlərlə soydaşımız kimi doğma yurd yerini tərk etməyə məcbur qalaraq, Bakı şəhərində məskunlaşıb.

1992-1993 -cü illərdə "Yeni fikir" qəzetinin əməkdaşı, sonra həmin qəzetin baş redaktoru vəzifəsində çalışmış, 1993-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycan şöbəsində redaktor, 1995-ci ildən 2020-ci ilin yanvar ayına qədər Azərbaycan radiosunun "Xalq yaradıcılığı" redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.

Azərbaycan radiosunda müxtəlif tədqiqat xarakterli verilişlərin ssenari müəllifi olub. O cümlədən, 25 il 1969-cü ilin noyabrında xalq yazıçısı Mövlud Süleymanlı tərəfindən yaradılıb araya-ərsəyə gələn "Bulaq" verilişin ssenarisini yazıb, "Divani saz-söz məclisi", "Dastan saatı", "Ozanların dilindən" kimi bir çox verilişlərinsə ssenari müəllifi və aparıcısı olaraq fəaliyyət göstərib.

Tahir Talıblının rəhbərlik etdiyi "Xalq yaradıcılığı" redaksiyasından dünyaya səpələnmiş türk xalqlarının, türk soylarının folklor nümunələri, üzü Şumerdən bəri gələn Şu, Bilqamış, Dədə Qorqud, Koroğlu, alpamış Koblantı Batır, Ural-Batır, Altun Arıq, Manas kimi dastanları, xalq yaradıcılığının müxtəlif sahələrində soy-kökümüzlə bağlı araşdırmaları, etnoqrafiya, toponimlər, tarixi adlar və s. Azərbaycan radiosunun dinləyicilərinə təqdim edilib.

Tahir Talıblı "Sevgi harayı","Yazılmamış şeirlər", "Yollara çıxmışam", "Bizi yurd saxlar", "Bu tale dediyin", "Qurdu qəmgin, quşu qərib"; "Əziz Əliyev:dövrü, həyatı, şəxsiyyəti" və "Vaxt vaxtında gəlir..." adlı 6- sı şeirlər, 2- si publisist əsər olmaqla 8 kitabın müəllifidir.

O, həmçinin "At igidin qardaşıdır", "O qüzeylər" və yeddi hissəli "Deportasiya" bədii filmlərinin də ssenari müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 noyabr 2011-ci il tarxində "Əməkdar jurnalist" fəxri adi ilə təltif olunan tanınmış jurnalist, şair-publisist Tahir Talıblını redaksiyamız adından təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.

Analoq.az

Tanınmış jurnalist Tahir Talıblı 72 yaşını qeyd edir
Tanınmış jurnalist Tahir Talıblı 72 yaşını qeyd edir
Tanınmış jurnalist Tahir Talıblı 72 yaşını qeyd edir
Tanınmış jurnalist Tahir Talıblı 72 yaşını qeyd edir
Tanınmış jurnalist Tahir Talıblı 72 yaşını qeyd edir
Tanınmış jurnalist Tahir Talıblı 72 yaşını qeyd edir
Tanınmış jurnalist Tahir Talıblı 72 yaşını qeyd edir
Tanınmış jurnalist Tahir Talıblı 72 yaşını qeyd edir

Son xəbərlər

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Rafiq Quliyev deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək

BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Bütün xəbərlər