pressxeber.info
pressxeber.info

MSK bu dairənin də məntəqələrinin nəticəsini LƏĞV ETDİ

22 dəfə baxılıb 21-02-2020, 18:17

MSK bu dairənin də məntəqələrinin nəticəsini LƏĞV ETDİ

 Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 81 saylı Beyləqan seçki dairəsi üzrə daxil olan müraciətlər müzakirəyə çıxarılıb.
 
Modern.az xəbər verir ki, müraciətlər haqqında MSK üzvü Nizami Məmmədov məlumat verib.
 
MSK-nın ekspert qrupunun rəyi əsasında qərara alınıb ki, həmin dairənin dörd məntəqəsinin nəticələri etibarsız sayılsın. Nəticəsi ləğv olunanlar 81 saylı Beyləqan seçki dairəsinin 1,4,6,31 saylı seçki məntəqələridir.
 
Qeyd edək ki, 9 fevral parlament seçkilərinin ilkin nəticələrinə görə bu dairədən lider namizəd Şahin İsmayılovdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi