pressxeber.info
pressxeber.info

İki dairə üzrə 3 məntəqədə səsvermənin nəticələri ləğv olundu - MSK

16 dəfə baxılıb 13-02-2020, 11:45

İki dairə üzrə 3 məntəqədə səsvermənin nəticələri ləğv olundu - MSK

 Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala Seçki Dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.

111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov APA -ya açıqlamasında bildirib ki, dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olub.
Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.
123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev də APA -ya açıqlamasında bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi