pressxeber.info
pressxeber.info

“Türkmənistan - Bitərəflik vətəni” mövzusunda beynəlxalq fotosərgi təşkil olunacaq

8 dəfə baxılıb 11-02-2020, 11:37

“Türkmənistan - Bitərəflik vətəni” mövzusunda beynəlxalq fotosərgi təşkil olunacaq

 

 

Mayın 13-14-də Türkmənistanın Aşqabad şəhərində ölkənin bitərəfliyinin 25 illiyinə həsr olunmuş “Türkmənistan - Bitərəflik vətəni” adlı beynəlxalq fotosərgi və konfrans təşkil olunacaq.

 

Mədəniyyət Nazirliyndən AZƏRTAC-a bildirilib ki, fotosərgidə dünya ölkələrindən təqdim edilən sülh, barışıq və birliyi əks etdirən fotoşəkillər arasında ən yaxşı əsərlər münsiflər heyəti vasitəsilə seçiləcək və qaliblər mükafatlandırılacaq.

Müsabiqə iştirakçıları şəkilləri elektron poçt vasitəsilə turkmen.embbaku@gmail.com ünvanına və ya elektron daşıyıcı vasitəsilə Türkmənistanın Bakıdakı Səfirliyinə təqdim edə bilərlər. Şəkillərə müəllifin adı, soyadı, ünvanı, telefon nömrəsi, müsabiqəyə təqdim olunan şəkilin çəkildiyi tarixi və yeri göstərən mətn əlavə edilməlidir.

Tədbirlə bağlı ətraflı məlumat almaq istəyənlər Türkmənistanın Bakıdakı Səfirliyinə müraciət edə bilərlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi