{category-title}

Daşıyıcı şirkətlər bu yolla sürücülərin vurduğu zərərdən qurtula bilər - Ekspertdən təklif

 Digər dövlət qurumları da öz sürücülərini belə proqramlara cəlb etsə, yaxşı olar
Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibindəki Sürücü Təlim Mərkəzi ilə Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi birlikdə əməkdaşlığa başlayıb. Əməkdaşlığın məqsədlərindən birinin peşə hazırlığı ilə bağlı olduğu qeyd edilib. Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən yol-nəqliyyat eksperti sözügedən əməkdaşlığı yüksək qiymətləndirib.
Daşıyıcı şirkətlər bu yolla sürücülərin vurduğu zərərdən qurtula bilər - Ekspertdən təklifEkspertin sözlərinə görə, bu metoddan dünya təcrübəsində də geniş istifadə olunur:

"BNA-nın Sürücü Təlim Mərkəzi Azərbaycanda demək olar ki, ilk geniş şəbəkəli təlim mərkəzidir. Agentlik bu mərkəzdən maksimum faydalı şəkildə istifadə etmək üçün müəyyən addımlar atmağa başlayıb. Son illər Sürücü Təlim Mərkəzində aparılan islahatlardan sonra BNA artıq bir çox yeniliklərə hazırdır. Düşünürəm ki, bu təlim mərkəzindən kifayət qədər səmərəli istifadə etmək olar. Bunun üçün Təhsil Nazirliyinin də dəstəyi çox vacibdir. Dünyanın bir çox ölkələrində məhz bu cür təcrübə formalaşır. Məsələn, şirkətlər sürücülərin peşəkarlığına, onların daim nəzarətdə saxlanılmasına daha çox vəsait ayırırlar və bununla gələcəkdə yarana biləcək fəsadların qarşısını almağa çalışırlar. Amma təəssüf ki, bizdə istər dövlət qurumları, istərsə də digər özəl şirkətlər sürücülərlə işə o qədər də meyilli olmurlar. Nəticədə sürücülərin onlara vurduğu maddi zərərin sayı-hesabı olmur. Nəqliyyat vasitəsinin tez istismardan çıxması, hər gün qəzaların baş verməsi şirkətə böyük miqdarda zərər vurur. Daşıyıcı şirkətlər sürücü qeyri-peşəkarlığından yaranan zərərin illik həcmini hesablasalar, bunun əvəzinə Sürücü Təlim Mərkəzinə vəsait ayırmağın faydasını başa düşə bilərlər. Bu, həm təhlükəsizliyin təmin edilməsi, həm də daşıyıcı şirkətlərin imicinin yüksəlməsi deməkdir".
E.Muradlı həmçinin əlavə edib ki, nəinki sərnişindaşıma xidməti ilə məşğul olan daşıyıcı şirkətlər, hətta digər dövlət qurumları da öz sürücülərini belə proqramlara cəlb etsə, yaxşı olar:
"Məsələn Pentensiar Xidmətin, Dövlət Yol Polisi, Post Patrul Xidməti əməkdaşlarının, kommunal təsərrüfat avtomobillərinin sürücülərinə, gənc əməkdaşlarına bu yolla təhlükəli manevrlər öyrədilə bilər. Dövlət qurumları özləri də nəqliyyat vasitələrini idarə edən şəxslərin peşəkarlığının artırılmasında maraqlı olmalıdırlar. Ümid edirəm ki, BNA sözügedən qurumlara bir-bir müraciət edərək onları əməkdaşlığa dəvət edəcək".

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər