{category-title}

 

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Aqil Məmmədov Gəncə şəhərlərində məskunlaşan gənclərlə görüş keçirib. Gənclərin iştirakı ilə keçirilən möhtəşəm tədbir bayram əhval-ruhiyəsində baş tutub. Tədbirdə çıxış edən Aqil Məmmədov 2 fevral gənclər günü münasibəti ilə bütün gəncləri təbrik edərək, bu günün tarixi mahiyyətindən söz açaraq qeyd etmişdir ki, Gənclər siyasəti dövlətin əsas pirioritet istiqamətlərindən biridir. Namizəd çıxışında gənclərimizin dövlətinə, xalqına bağlı olduğunu, vətənpərpər ruhda böyüdüyünü, vətəninə layiqli xidmət etməyi özlərinin ən şərəfli vəzifə hesab etdiklərini vurğulayaraq bildirmişdir ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün Azərbaycan gənci sağlam düşüncəli, yüksək analiz etmə qabiliyyətinə malik, sağlam əqidəli olmaqla cəmiyyətdə özünə məxsus hörmət və nüfuz qazanmışıdır deyən Aqil Məmmədov məhz bu səbəbədən də son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasəti olduğunu bildirdi. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslədiyini, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edildiyini qeyd edən Aqil Məmmədov 2020- ci ilin “Könülülər ili” kimi yadda qalan il olunacağını bildirdi.
Gənclərə Azərbaycan dövlətinin qayğısından bəhs edən Aqil Məmmədov, Respublikamızda gənclər üçün yaradılan şəraitdən söz açıb, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsinində də ölkə başçısının böyük diqqətində olduğunu bildirərək, gəncliyi dövlətçilik ətrafında daim daha da sıx birləşməyə çağırıb.O bunu əsaslandıraraq qeyd etmişdir ki, gənclərimiz 90-cı illərin əvvəllərini düzgün analiz etməli, həmin dövürdə hakimiyyətdə olan səriştəsiz şəxslərin ölkədə yaratdığı xaosun nəticəsi olaraq torpaqlarımızın itirildiyini və bir miliyondan artıq soydaşımızın məcburi köçkün həyatı yaşadığını vurğulamışdır.
Digər çıxış edən natiqlər bildirdi ki, görülən işlər, həyata keçirilən tədbirlər belə bir əminlik yaradır ki, bu gün Azərbaycan gəncliyi həm fiziki, mənəvi, həm də intelektual səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrinin gəncləri ilə müqayisə edilə bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarında, gənclərlə görüşlərində dəfələrlə bildirib ki, bizə Azərbaycan dövlətinə, dövlətçiliyinə sahiblik hissi olan məsuliyyətli gənclik lazımdır. O gənclik ki, təkcə öz dövlətinin müvəffəqiyyətlərinə kənardan baxıb onu alqışlamır, eyni zamanda, bu dövlətin formalaşmasında, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edir.Yeni Azərbaycan Partiyasının ölkəmizdəki siyasi rolundan və apardığı siyasətdən danışan natiqlər gənclərin böyük bir qüvvə olduğunu və hər bir gənci seçkilərdə fəal itirak etməyə çağırıb öz layiqli namizədinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən gənclər Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədovla görüşlərindən məmnunluq hissi duyduqlarını, bu partiyanın sədri ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə edərək tam əminliklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildirdilər. Daha sonra bir qrup gənc növbədənkənar parlament seçkilərində bütün kəlbəcərli gəncləri 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Aqil Məmmədova səs verməyə çağıran müraciət ünvanlayıb. Tədbir daha sonra bədii hissə ilə davam edib, sonda gənclərlə xatirə şəkili çəkdirilib.

Aqil Məmmədov Gəncə şəhərində gənclərlə görüşüb
Aqil Məmmədov Gəncə şəhərində gənclərlə görüşüb
Aqil Məmmədov Gəncə şəhərində gənclərlə görüşüb
Aqil Məmmədov Gəncə şəhərində gənclərlə görüşüb
Aqil Məmmədov Gəncə şəhərində gənclərlə görüşüb
Aqil Məmmədov Gəncə şəhərində gənclərlə görüşüb
Aqil Məmmədov Gəncə şəhərində gənclərlə görüşüb
Aqil Məmmədov Gəncə şəhərində gənclərlə görüşüb
Aqil Məmmədov Gəncə şəhərində gənclərlə görüşüb

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər