{category-title}

70 saylı seçki dairəsindən Milli Məclisə millət vəkilliyinə namizədliyi irəli sürülən Məşhur Məmmədovla müsahibə.

1-ci hissə

Həyat yoluna qısa nəzər

Masallı rayonunun 1-ci Yeddioymaq kəndində anadan olub, 8-ci sinfə qədər kənd məktəbində, 9-10- sinifləri isə Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü məktəbində oxuyub. Daha sonra Azərbaycan Dövlət Neft və Kimya institutunda təhsil alıb. Təhsil aldığı müddətdə o vaxtki qaydalara uyğun olaraq hərbi xidmətə gedib, Rusiyanın Kirov vilayətində əsgərlik borcumu yerinə yetirib, daha sonra təhsilini davam etdirib. Ali təhsildən sonra da 3 aylıq hərbi kurs keçib leytenant rütbəsi alıb. Həmin dövr üçün asan olmasa da, ali təhsildən sonra özəl sektora təyinat alıb, 90-cı ildən rayonumuzdakı “Xarrat”kooperativində çalışmağa başlayıb. Ailəlidir. 2 oğlu, 2 qızı, 3

“Sizə yalvarıram, uşaqlarınızın təhsilinə biganə olmayın”

Həyat yolunuzda ən uğurlu məqamlar?
Mənim ən böyük uğurum, həyat yolumda qismətimdə olduqca əhəmiyyətli rol oynamış müəllimlərin olmasıdır. Öncə kimya-biologiya müəllimim Xanoğlan Əhmədovun adını çəkmək istəyirəm. Xanoğlan müəllim, bizim kənddə yaşasa da, mənim oxuduğum məktəbdə dərs demirdi. Lakin o, təmənnasız olaraq nəinki işlədiyi məktəbdə, eləcə də ətraf kəndlərdə nə qədər bacarıqlı şagird var idisə, onları bir araya gətirir, təmənnasız olaraq 50-yə yaxın şagirdə dərs keçirdi. Həm də ancaq dərs keçmir, hər uşağın potensialını, nəyə qadir olduğunu müəyyənləşdirir, onların sabahkıhəyat yolu üçün kompas kimi konkret istiqamət göstərirdi ki, sən bu sahədə daha istedadlısan, sən bu yolla getsən, bu peşəni seçsən, daha çox uğur qazanarsan.
“Sizə yalvarıram, uşaqlarınızın təhsilinə biganə olmayın”

Məhz buna görə Xanoğlan müəllim mənim üçün unudulmazdır. Qismətimə belə müəllim çıxmasını uğur sayıram. Ali məktəbdə də dəyərli alimimiz Azad Mirzəcanzadəninşəxsi nümunəsi, saflığı, həyat haqqında, dünya haqqında olduqca aydın, fərqli baxışları bir nümunə idi.
“Sizə yalvarıram, uşaqlarınızın təhsilinə biganə olmayın”

Düzünə qalsa, mən elmlə məşğul olmaz istəyirdim. Eləcə də sahibkarlıqla məşğul olmağa meyilli idim. O, mənimlə bir neçə dəfə söhbət etdikdən sonra dedi ki, sən, elm sahəsindən çox, istehsal meydanında daha böyük uğur qazana bilərsən. Mən belə də etdim.

Bu siyahıya dəyərli dostlarımı da əlavə edərdim. Əslinə qalanda mən sahib olduğum əmlaklardan daha çox, həmin dostlara dəyir verirəm. Hansı ki, onlar dünyanın ən aparıcı ölkələrində təkcə biznesləri ilə yox, həm də güclü iqtisadiyyat yaratmaq sahəsində sözünü demişlər. Minlərə, yüz minlərə nümunə olan bir həyat yaşamış bu İnsanların dostlarım sırasında olmasını da həyatda böyük uğurum sayıram.

“Sizə yalvarıram, uşaqlarınızın təhsilinə biganə olmayın”

Adətən iş adamlarından söz düşəndə “4-5 mərtəbəli”, bir az da lətifəvari bir sual verirlər. Soruşurlar ki, bu təyyarəni hansı pulla almısan? Deyir, 10 mersedesim vardı, satıb bunu aldım. Deyirlər, bəs həmin mersedesləri hansı pulla almışdın? Deyir, filan qədər Jiquli maşınım var idi, onları satıb almışdım. Qısası, iş adamını suallarla qovub, axır gəlib velosipeddə dayanırlar. Yəni, bəs
o qədər velosipedi necə almışdın? Deyir, bax, onu açıqlaya bilməyəcəm. Yəni, bu baxımdan siz ilk biznesinizi hansı maliyyənin üzərində qurdunuz?


- Düzünə qalsa, mən biznes fəaliyyətimdəki bu günki uğurlarımdan daha çox, bu sahədə ilk addımlarımla qürur duyuram. Mənim biznesdə ilk müəllimim də, maliyyə dayağım da atam olub. Rusiyadan taxta gətirirdik. Sonra, 90-cı illərdə Seybətində 200 kv.metrlik bir mebel mağazası açdım. Daha sonra keçmiş “raykoo ittifaqın” həyətində 300 kv.m yer götürdük. Həm istehsalla, həm satışla məşğul oldum. Mebel istehsalı sahəsində ölkədə böyük boşluq var idi. Demək olar ki, ölkəyə keyfiyyətli mebelin əksər hissəsi xaricdən gəlirdi. İndi ölkəmizdə 150-də artıq yerdə satış mərkəzimiz, digər mebel sənayeçiləri ilə birgə minlərlə mebel istehsal edən fabriklər və sexlər var. Yəni, mebel alan ölkədən, mebel satan ölkəyə çevrilmişik.

“Sizə yalvarıram, uşaqlarınızın təhsilinə biganə olmayın”

Biznesmen Məşhurla millət vəkili Məşhur arasında hansı fərq olacaq? Bir də elə bu sualın davamı kimi, siz niyə 5-10 il öncə yox, məhz indi, 56 yaşınızda millət vəkili olmağa qərar verdiniz?

- Bir az obrazlı səslənsə də, İş adamı həm siyasətçidir, həm müəllimdir, həm iqtisadçıdır, həm də valideyindir. Bu sahələri bilməyən iş adamı çətin ki, həyatda uğur qazansın. O, unutmasın ki, müəyyən mərhələyə qədər iş adamıdır. Sonra isə cəmiyyətin daha aktiv bir kəsiminə çevrilir. Əgər iş adamı bu çərçivədən çıxa bilmirsə, yaxşı, güclü, uğurlu iş adamı ola bilməz.

- Tez-tez belə fikirlərlə də rastlaşırıq ki, iş adamları ona görə Milli Məclisə can atırlar, orada özlərinə sərfəli qanunların qəbuluna, yaxud sərvətlərinin daha etibarlı qorunmasına nail olsunlar.


-Birinci sizə onu deyim, təəssüf edirəm ki, Azərbaycanda belə fikir formalaşıb. Dünyada isə bu məqama baxış başqadır. İnsan təxminən, 5 il iş adamı olur. Daha sonra o, dünyada gedən proseslərdən geri qalırsa, yeni texnologiyaları, yeni iş formalarını mənimsəmirsə, fərqli düşüncəyə yer vermirsə, ətrafında baş verənləri zərgər dəqiqliyi ilə araşdırmırsa , fərdi biznes çərçivəsindən çıxıb ictimai fiqura çevrilə bilmirsə, bu sahibkar, məncə, böyük uğurlara imza ata bilməz.

İnsan harada çox xeyir verə bilirsə, harada güclüdürsə, ora can atmalı, orda da olmalıdır.

Bu gün hər ölkənin idarə olunmasında ən mühüm həlqələrindən, daha doğrusu hakimiyyətin 3 qolundan biri Milli Məclisdir. Bu Məclis cəmiyyətimizin, dövlətimizin qüvvətlənməsinə kömək etməlidir. İş adam Milli Məclisə gələndə artıq o, iş adamı olmur. Fərdi sahibkarlıqdan çıxıb, meydana ölkə miqyaslı bir iqtisadçı, daha güclü bir fiqur kimi gəlir. Çünki hədəflədiyimiz bütün qanunlar iqtisadiyyatla bağlıdır. Bu gün təhsilin, səhiyyənin, mədəniyyətin... güclü inkişaf etməsində də güclü iqtisadiyyat dayanır. Ona görə, çox işlək qanunlarımız olmalıdır. Dünyanın hər yerində olduğu kimi bizim Milli Məclisin kürsülərində həyatda da, istehsalatda da öz sözünü demiş iqtisadçılara, sənayeçilərə geniş meydan verilməlidir.

Bu gün niyə sahibkarlıqla biznes arasında seçim etdiniz?

Artıq 56 yaşım var. Biznes sahəsində mümkün olanların demək olar ki, əksəriyyətini əldə etmişəm. Artıq bizneslə məşğul olmayacağam.

4 ildən də artıqdır ki, Embawoodun idarəçiliyindən kənarlaşmışam. Artıq qurduğum biznes fəaliyyətimi övladlarım davam etdirəcək. Buna görə, biznesimi onlara etibar etməkdə heç bir nigarançılıq yoxdur.

Qaldı ki, sualın digər hissəsinə. Mən 5-10 il öncə özümü deputat kimi görmürdüm. Amma indi görürəm. Bir qədər yaşlaşmışam, daha çox təcrübə qazanmışam, indi daha səbirli, daha təmkinliyəm və ona gərə də bu mübarizəyə qoşulmuşam. Seçicilərim mənə səs verərlərsə, mən onların arzuladığı, daim verdiyi vədlərə sadiq qalan bir deputat olacağam.

“Sizə yalvarıram, uşaqlarınızın təhsilinə biganə olmayın”

Belə söhbətlər də dolaşır ki, deputatlıq öz təşəbbüsünüzlə olmayıb, sizi bu mübarizəyə dəvət ediblər

2002-ci ildən YAP-ın üzvüyəm. YAP-ınMasallı Rayon Şurasında da təmsil olunuram. Bu qərar partiya tərəfindən qəbul olunub. Nəinki mənə, rayonumuza bir etimaddır. Mən də ürəkdən bu təklifə qoşulmuşam. Buna görə YAP-ın sədri olan prezidentimiz İlham Əliyev cənablarına minnətdaram.

Bu gün biznes sahəsində kimləri özünüzə rəqib sayırsınız?

- Bu gün Azərbaycanda qeyri-neft sektorunda böyük rəqabət var. Həmin qeyri-neft sektorunun da əsas hissəsini, təxminən 30 faizini mebel sənayesi təşkil edir. Ölkədə bizimlə yanaşı Həsənoğlu, Saloğlu, Damla və digər mebel sənayeçiləri də var.
Eləcə də cənub bölgəsində tərəfdaş şirkətlərimiz var. Bu sahənin inkişafı hamımız üçün maraqlı olmalıdır. Ölkədə 200-ə yaxın mebel şirkəti, 4 minə yaxın mebel istehsalçısı var. Mən, Azərbaycan Mebel İstehsalçılar Assosiasiyasının sədri kimi ölkədə mebel istehsalının daha güclü inkişafında çox maraqlıyam.

 

 

- Seçicilərlə əksər çıxışlarınızın ana xəttini təhsilin, xüsusən qızların təhsilinin yüksəldiməsi təşkil edir. Həm də elan etmişiniz ki, bununla bağlı xüsusi Fond yaradacaqsınız?

- Bəli, elədir. Biz bu sahədə vəd vermək yox, iş görmək istəyirik. Məqsədimi fərdə yox, ümumən Masallıya kömək etməkdir. Təhsilə kömək etmək əslində hər sahəyə kömək etməkdir. Hər il pensiya yaşına görə, onlarla təcrübəli müəllim, eləcə də həkim iş yerini tərk edir. Onları layiqlilər əvəz etməlidir. Fondla bağlı artıq əməli addımlar atırıq. Həmin Fondun qeydiyyat məsələsi həll olunmaq üzrədir. Əsas hədəfimiz 350-dən artıq bal toplamış, pedaqoji sahə üzrə ixtisas seçmiş qızlara yardımçı olmaqdır. Əgər həmin qız ödənişli məktəbə düşübsə onun təhsil xərcini, yox, ödənişsizə düşübsə təqaüdünü biz ödəyəcəyik. Bu, ancaq pedaqoji universitetlərdə müəllimlik ixtisasını seçənlərə aid ediləcək. Çünki bizdə ciddi müəllim çatışmazlığı var.
- Bəs digər ixtisasları seçənlər?
- İlkin mərhələ təxminə 200 tələbəni əhatə edəcək. Bu dörd ildə 800, daha sonralar 1000-ə yaxın tələbəyə şamil
ediləcək. Maliyyə imkanlarımız çoxaldıqca, biz texniki və digər humanitar ixtisaslar üzrə təhsil alanlara da yardımçı olmağa çalışacağıq.

Təhsil deyəndə uşaq bağçalarını da unutmamalıyıq. Elə sizin də araşdırmanızadan bəlli olub ki, bizdə 10-dan artıq bağça binası yararsız hala düşüb, ya da bağlanıb. Hansı ki həmin uşaq bağçaları 1000-dən artıq uşaq üçün təhsil, tərbiyə, 100-dən artıq qadın üçün iş yeridir.

- Bəzi rayonlarda qız tələbələr üçün ev kirayələnir, 600-dən artıq bal toplayanlara xüsusi təqaüdlər ayrılır

- Biz həmin istiqamətdə bu vaxta qədər də işlər görmüşük, yardımlar etmişik. Digər variantlar da müzakirə olunacaq. Vəziyyətə görə qərar veriləcək.

- Maliyyə mənbələriniz dəqiqləşibmi?
- Bəli. Bu gün nəinki Azərbaycanda, dünyada çox güclü masallılı iş, elm adamları, yüksək dövlət qulluğunda çalışanlar var. Onların əksəriyyəti bizə dəstək verməyə hazırdır. Masallılar doğma yurda çox bağlıdır. Bizdə “atayurdu” deyilən bir deyim var. Nə qədər kənarda olsaq da, hətta ölümüzü də kənarda basdırmırıq. Müraciət etdiyimiz masallıların ən azı 95 faizi bizimlə birgə çalışmağa hazırdır.
- Bəs aşkarlıq necə təmin olunacaq?
- Hər şey çox şəffaf olacaq. Yəni, nağd hesablaşma olmayacaq. Toplanan pul təhsil xərci kimi ali məktəbin hesabına, təqaüd kimi tələbənin kartına köçəcək. Hər ay daxil olan və xərclənən pullar barədə hesabat veriləcək.
Onu da qeyd edim ki, bütün bu işlərdə baş hədəfimiz odur ki, qızlarımız, gələcək analarımız təhsilli olsun. Gələcək nəslin inkişafı təhsilsiz, xüsusən, qızların təhsili olmadanmümkünsüzdür. Ana ən azından orta təhsilli olmayacaqsa, müəllim ilk illərdən şagirdin maraqlarını müəyyən edə bilməyəcəksə, onun uğurlu gələcəyini hədəfləyə bilməyəcəkəyik. Birmənalı başa düşməliyik ki, qadın güclüdürsə, ailə də güclü olacaq. Sizə yalvarıram,

uşaqlarınızın, xüsusən qızlarımızıtaleyinə, təhsilinə biganə qalmayın.

“Sizə yalvarıram, uşaqlarınızın təhsilinə biganə olmayın”

Masallıda uzun illərdən sonra bir regional kollec yaranıb. Lakin orada ciddi problemlər yaşanır.
- Bu problemlər bizə bəllidir. Amma biz bu kollecin təkcə maddi problemində maraqlı deyilik. Biz istəyirik ki, bu kollecin maddi çətinlikləri ilə yanaşı peşəkar pedaqoji qrup yaradılmasına, Masallıya lazımlı olan digər ixtisaslarüzrə kadrlar hazırlanmasına, eləcə də yataqxana, müasir tədris korpusları və digər məsələlərin həllinə kompleks yanaşaq və yanaşacağıq da, yardımçı da olacağıq. Elə siz də dəfələrlə təklif edirsiniz ki, niyə Masallıda Universitet yoxdur. Biz güclü, çox yüksək kadr potensialı olan bir kollec yaratmalıyıq ki, onun da bazasında universitet, digər kolleclər aça bilək.
“Sizə yalvarıram, uşaqlarınızın təhsilinə biganə olmayın”

- Təhsildən kifayət qədər söz açdıq. Bəs digər sahələr?
- Bütün sahələr diqqətimdədir. Lakin vaxt, zaman məsələsi var. Məsələn, idman sahəsində ona nail olmağa çalışırıq ki, azı hər kəndin bir idman meydançası olsun. Məktəbdəki idman zalları, kompüter otaqları, kitabxanalar işlək olsun. Bütün hallarda isə uşaqları evdən çölə çıxartmalıyıq və bayırda onun marağına uyğun məkanlar yaratmalıyıq.
- Biz ailəlikcə toyu olan azyaşlıdırsa, həmin toya getmirik
(ardı var)

Son xəbərlər

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

Bütün xəbərlər