{category-title}

Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda

 


123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kampaniyasını Kəlbəcər ziyalıları ilə görüşünü Nəsimi rayonunda keçirib.

Tədbiri açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Məlahət İbrahimqızı hakim partiyanın bütün namizədlərinə uğurlar arzulayıb. M.İbrahimqızı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan bəhs edib. O, partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.

M.İbrahimqızı Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib”.
M.İbrahimqızı bildirib ki, Yeni Azərbaycan Partiyasının rəhbəri ölkə Prezidentidir və ölkə Prezidentinin həyata keçirdiyi islahatları xalq, ictimaiyyət dəstəkləyir. İnsanlar bilirlər ki, bu siyasətin icra olunmasında istirak edənlər də məhz Yeni Azərbaycan Partiyasının üzvləridir.

Daha sonra YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov çıxış edərək qeyd edib ki, YAP hər zaman öz layiqli, cəmiyyət arasında nüfuz sahibi olan namizədlərini cəmiyyətə təqdim edib. Ş.Əsgərov bildirib ki, bu gün Azəraycanda azad, şəffaf və demokratik prinsiplərə əsaslanan seçki sistemi formalaşıb: “Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib”.
Tanınmış kəlbəcərli ziyalı, əməkdar jurnalist, şair Adil Cəmil də YAP namizədlərinə uğurlar arzulamaqla yanaşı, bu partiyanın ölkədə böyük nüfuza malik olduğunu deyib: “YAP seçkilərə həmişə uğurlu namizədlərlə gedib və məhz buna görə partiya daim seçkilərdə qalib gəlib. Ona görə də hər bir seçici millətinə, dövlətinə, xalqına layiqli olan namizədə səs verməlidir. O namizədə ki, deputat seçiləndən sonra da daim onun yanında olsun”.
"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov da çıxışında YAP-ın yeni namizədinə uğurlar diləyib. Qeyd edib ki, Aqil Məmmədov bütün kəlbəcərlilərin doğru seçimi olacaq: "Bizim səsimizə layib bir şəxsiyyətdir. YAP heç vaxt namizəd seçimində səhv edə bilməz. Biz inanırıq ki, Aqil Məmmədov parlamentdə bizim səsimiz olacaq, milləti layiqincə təmsil edəcək".

Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi Məhərrəm Qasımlı da öz növbəsində bildirib ki, Aqil Məmmədov mənsub olduğu soykök Miskin Abdaldan başlanan Ağdabanlı Qurban Dədə Şəmşir ocağı daim dövlətə dövlətçiliyə bağlı olublar, sadiq olublar . "Dədə Şəmşirin ocağı, milli mənəvi dəyərlərimizin qorunduğu, hörmət olunduğu bir bölgənin oğlu olan Aqil Məmmədov bizim fəxrimizdir. Çünki o bu bölgənin vətənpərvər, elinə, obasına, xalqına sadiq olan oğludur. Aqil Məmmədov Milli Məclisdə kəlbəcərliləri layiqincə təmsil etməyə qadirdi"

Tədbirdə çıxış edən ziyalılar YAP-ın namizədii Aqil Məmmədovun vətənpərvərliyinə, H.Əliyev ideyalarına sadiqliyindən və onların ən layiqli namizədi olduğundan bəhs ediblər. Kəlbəcərli ziyalıları seçki günündə Aqil Məmmədov kimi nüfuz sahibi olan namizədə səs verəcəklərini qeyd ediblər.
Namizəd Aqil Məmmədov YAP rəhbərliyi tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də qalib gələcək: “Bu qalibiyyət partiyanın sədri cənab prezidentimiz İlham Əliyevin apardığı düzgün, müdrik, uzaqgörən bir siyasətin nəticəsidir. Bu siyasətə hər bir partiya üzvü sədaqətini nümayiş etdirir. Bu gün güclü Azərbaycanın mövcudluğu ümummilli liderimizin ideyaları və o ideyaların davamçısı cənab prezidentimiz İlham Əliyevin apardığı siyasətin nəticəsidir.

Aqil Məmmədov daha sonra seçki platforması barədə tədbirn iştirakçılarına məlumat verib.Tədbirin sonunda A.Məmmədov bir qrup seçicini qəbul edib.
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda
Aqil Məmmədov kəlbəcərlilərlə görüşdü - Bakıda

Son xəbərlər

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı

Bakıda yenidən qurulan parklanmada qiymətlər...

Bütün xəbərlər