{category-title}

 

Məşhur Məmmədov: “20 Yanvar” faciəsi xalqımızın qan yaddaşıdır

 

ХХ əsrin son onilliyi xalqımızın tarixinə, sanki bir qəhrəmanlıq səlnaməsi olaraq daxil oldu. Çünki, 1988-ci ildən başlayaraq paytaxt Bakı şəhərində, digər şəhər və rayonlarda Sov.İKP-nin buxovundan azad olmaq üçün, xalqımızın milli-azadlıq hərəkatı geniş vüsət aldı. Belə ki, 70 il mövcud olmuş və dünyanın quru hissəsinin üçdə birini əhatə etmiş Sövet İmperiyasının formalaşdırdığı qapalı siyasi sistem, bütün müttəfiq respublikalada olduğu kimi, Azərbaycan xalqının da müstəqil hərəkət etmək, müstəqil düşünmək, sərbəst fəaliyyət göstərmək və s. kimi hüquq və azadlıqlarını tamamilə məhdudlaşdırmışdı. Belə bir məhrumiyyətlərin, zülmün, iztirabın, haqsızlığın varlığına tab gətirməyən xalqımız 1988-ci ildən milli-azadlıq mücadiləsinə başladı. Başlıca məqsədi Sovet İmperiyasının buxovundan azad olmaq, milli müstəqilliyini bərpa etmək istəyən xalqımız, uzun müddət milyonların səsi ilə kommunist nomenklaturasına, onun mürtəce idarəçiliyinə qarşı haqq səsini ucaldıb, var gücü ilə mübarizə meydanına atıldı. Həmin vaxtlarda təkcə Azərbaycan Respublikasında deyil, digər müttəfiq respublikalarda da imperiya buxovundan azad olmaq üçün, xalqların milli azadlıq hərəkatı başlayır. Bütün bunlara baxmayaraq, ömrünün son anlarını yaşayan Sov.İKP mövcud vəziyyətlə heç cür barışa bilmir və müstəqillik hüququnu əldə etmək istəyən xalqlara qarşı fitnəkar addımlarını atmağa, bir daha xalqları əsarət altında saxlamağa cəhd edir. Onu da bildirim ki, həmin vaxtlarda Sovetlər Birliyinə daxil olan müttəfiq respublikalarda elə bir ictimai-siyasi proseslər baş qaldırır ki, heç bir güc proseslərin qarşısını almaq iqtidarında olmur. 1989-cu ilin sonlarında, 1990-cı ilin əvvəllərində Moskva höküməti xalqların milli ruhunu sındırmaq, baş verən proseslərin qarısını almaq məqsədilə, hər cür fitnəkarlığı qol qoydu. Çox keçmədi ki, Pribaltikada, Qazaxıstanda, Gürcüstanda və digər respublikalarda amansız faciələr törətdi, amma son anda öz varlığını qoruyub saxlaya bilmədi.

Düzdür, həmin vaxtlarda respublikamızda Moskva tərəfindən vəzifələrə təyin olunanlar, öz “ağalarından” almış olduqları tapşırıqları canbaşla yerinə yetirməyə çalışanlar, hakimiyyət kürsülərini qorumağa çalışsalar da, xalqımızın mübarizə ruhu qarşısında duruş gətirə bilmədilər. Hətta, onlar xalqımıza qarşı xain mövqedə durub, əliyalın meydanlara çıxaraq tankların qarşısında sipər çəkənlərə də rəhm etmədilər. Belə ki, azadlıq ruhu ilə yaşayanlara qarşı Moskva hökuməti ilə işbirliyinə girib, məhz paytaxt Bakı şəhərində, Neftçalada, Lənkəranda və s. bənzəri olmayan qətliamın baş verməsinə şərait yaratırlar. Belə bir səbəb üzündən də, 1990-cı ilin 19-u yanvarından 20-nə keçən gecə başdanayağadək silahlanmış işğalçı rus-erməni ordu birləşmələri, milli-azadlıq uğrunda mübarizə aparan əliyalın xalqımıza qarşı misli görünməmiş cinayəti törətdilər. Həmin gecə bir neçə yüz nəfər insan qətlə yetirildi, xeyli sayda insan itgin düşü, çoxlu sayda insanlar isə yaralandılar. Əslinə baxsan, belə bir vəhşiliyi və insanlığa sığmayan addımı atmaq, impreriya xisləti ilə yaşayan hakimiyyətlərə xas olan xüsusiyyətlərdir. Həmin vaxtlarda azadlıq uğrunda mübarizəyə qalxan xalqımız bu yolda nə qədər qanlar axıtsa da, nə qədər şəhidlər qurban versə də, öz mənliyini, vüqarlı iradəsini heç bir halda itirmədi və var gücü ilə ayağa qalxıb, son anda öz istiqlalına qovuşdu. Yəni, 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Milli Məclisi “Konistitusiya aktı”nı qəbul edib, özünün suveren yaşamaq hüququnu bütün dünyaya bəyan etdi.

Artıq “20 Yanvar” faciəsinin baş verdiyi gündən bizi 30 illik bir dövr ayırır. Ötən illər ərzində müstəqil Azərbaycan Respublikası nə qədər sarsıntılarla, təxribatlarla və s. üz-üzə qalsa da, xalqımız hər bir çətinliyə sinə gəldi və öz müstəqilliyini daha da möhkəmləndirdi. Bəli, bu gün dövlətimiz dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzvdür və Cənubi Qafqaz regionunun ən güclü, ən qüdrətli dövləti hesab olunur. Tarixdən bəllidir ki, hər bir xalq öz istiqlalına qovuşmaq üçün zaman-zaman qurbanlar vermiş və tarixdə silinməz izlər də buraxmışlar. 1990-cı ilin “20 Yanvar” faciəsi də, məhz bizim xalqımızın qan yaddaşıdır, yaxın tariximizdə buraxdığı qəhrəmanlıq səlnaməsidir.

30 il bundan öncə baş verən qanlı “20 Yanvar” faciəsi respublikamızın hər yerində olduğu kimi, bu gün Masallı rayonunda da qeyd olunmaqdadır. Belə ki, bir neçə gün bundan öncə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar” faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq, rayon ərazisində bir sıra silsilə tədbirlər həyata keçirilməkdədir. Tədbirlərin yekunu olaraq şəhəriin mərkəzi ərazisindəki “Qəhrəmanlar parkı”nda “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksində anım mərasimi olacaq.
Bəli, səhər saatlarından başlayaraq minlərlə rayon sakini “20 Yanvar” şəhidlərinin xatirəsini yad etməkdədirlər. Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat, məktəblilər, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri ilə bərabər, 70 saylı Masallı Şəhər Seçki Dairəsindən qeydə alınmış namizəd olaraq mən də iştirak edirəm. Bir daha onu bildirim ki, Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan “20 Yanvar” şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq və heç zaman undulmayacaq. Bəli, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş “20 Yanvar” faciəsi xalqımızın suveren yaşaması uğrunda apardığı mübarizənin şanlı tarixidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!.

Onu da bildirim ki, xalqımız belə bir tarixi heç bir halda unutmur və hər ilin 20 yanvar günü, istiqlalımız uğrunda canlarını fəda verən faciə qurbanlarının məzarlarını ziyarət edib, ruhları qarşısında baş əyirlər. Bəli illər keçəcək, zaman yeniləşəcək və gələcək nəsillər tərəfindən də, faciə qurbanlarını xatirəsi yad olunacaq və onlar bir daha yada salınacaqlar. Faciənin baş verdiyi gecə dünyasını dəyişənlərin ailə üzvləri, həmçinin hansısa formada xəsarət alanlar, bu gün dövlətimiz tərəfindən himayə olunurlar. Yəni, bu o deməkdir ki, dövlətimiz istiqlalımız uğrunda dünyasını dəyişənlərin ailə üzvlərini, xəsarət alanları unutmur. Əslində, “20 Yanvar” faciəsinin qurbanları atdıqları addımları ilə tarix yaratdılar və həmin günün əzəməti, birdəfəlik yaddaşlara həkk olundu. Onlar öz ölümləri ilə ölməzliyə, ən uca zirvəyə, yəni şəhidlik zirvəsinə ucaldılar. Elə bir zirvəyə ki, həmin zirvə ucadır, ucadan da ucadır.

Məşhur Məmmədov

70 saylı Masallı Şəhər Seçki Dairəsindən qeydə alınmış namizədi.

 

Son xəbərlər

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Bütün xəbərlər