{category-title}

 

 
Bir-iki gün bundan öncə 09 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı, Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş “Təqvim planı”na uyğun olaraq təbliğat-təşviqat kompaniyasına başlanıldı. Yəni bu o deməkdir ki, 125 seçki dairəsi üzrə namizədlərin qeydiyyatı mərhələsi başa çatdıqdan sonra, seçki kompaniyasının nöbvəti mərhələsinə qədəm qoyuldu. Əslinə baxdıqda, qeyd olunan bu mərhələ hər bir namizədin millət vəkili olmaq şansının reallaşması üçün, onlara yaradılmış əlverişli imkandır. Sözsüz ki, qarşıdakı müddət ərzində namizədlərdən hər biri öz bacarığına, savadına, potensial imkanlarına və s. uyğun olaraq təbliğat-təşviqat komaniyasını həyata keçirəcək və millət vəkili olmaq üçün, lazımi imkanlarından yararlanmağa da çalışacaqlar. O halın varlığını da unutmayaq ki, seçki dairələri üzrə qeydiyyatda olan seçicilər artıq “ağı qaradan” ayrıd etməyi bacardıqlarından, bu gün onlar hər bir namizədlə bağlı fərqli mövqelərini müəyyənləşdirdikdən sonra, məhz həmin namizədə səs verəcəkləri qənaətindədirlər. Bütün bunlara əsas səbəb, dairələr üzrə səsvermə hüququ olan şəxslərin namizədlərə qarşı fərdi yanaşmalarını ortaya qoymağı bacarmalarıdır. Yəqin ki, o da tam əksəriyyətə bəllidir ki, hal-hazırda ölkəmizdə 125 seçki dairəsi var və hər bir seçki dairəsi üzrə ayrı-ayrı siyasi partiyaların, seçicilərin təşəbbüs qruplarının, hətta öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş şəxslərin də namizədliyi qeydə alınıb.
Hal-hazırda 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi qeydə alınmış şəxslərdən biri də, 04 mart 2013-cü il tarixdən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Məmmədov Aqil Sadiq oğludur. Onu da bildirək ki, adı çəkilən bu şəxsin namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb və hakim siyasi partiya növbədənkənar parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatılıb. Bir faktı da qeyd edək ki, son parlament seçkisində 123 saylı Kəlbəcər seçki dairəsi üzrə qeydiyyatda olan seçiciləri Milli Məclisdə, “Azərbaycan Dəmir Yollları” QSC-nın sədri Cavid Qurbanov təmsil edib. Düşünürük ki, bu gün YAP tərəfindən Aqil Məmmədovun namizədliyinin irəli sürülməsi olduqca uğurlu addımdır. Çünki, bu şəxsin həyat və fəaliyyəti haqda az-çox məlumat əldə etdikdə o da məlum olur ki, Aqil Məmmədov 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunda (indiki İdman Akademiyası), 2009-2012-ci illərdə isə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil almışdır. 16 yaşından kolxoz həyatında əmək fəaliyyətinə başlayan və alın təri ilə halal çörək qazanmağa çalışan Aqil Məmmədovun həyat yolu, illər keçdikcə rəngarəng olur. Belə ki, o, lap gənc yaşlarından zəhmətə alışır və növbəti illərdə yeni-yeni uğurlara qovuşur. Bir sözlə, həyat onu bərkə-boşa salır və getdikcə formalaşmasına da səbəb olur. Müxtəlif sahələrdə çalışan və kifayət qədər zəngin idarəçilik təcrübəsi qazanan Aqil Məmmədov, 2008-2013-cü illər ərzində Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşısa da, o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə, 04 mart 2013-cü il tarixdə isə Kəlbəcər rayon İcra Hakimiyyətinə başçısı təyin olunur. Sözsüz ki, adı çəkilən bu şəxsin rəhbər vəzifəyə təyin olunmasında onun təşkilatçılıq qabiliyyətinin göstəricisi, üzərinə düşən vəzifəsinin öhdəsindən gələ bilmək bacarığı, insanlara qarşı münasibəti və s. kimi amillərin varlığı nəzərə alınaraq belə bir qərar verilir.
Tərəfimizdən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Aqil Məmmədov sadə təbiətli, xarakterik xüsusiyyətində əsl insani hisləri cəmləşdirən, qəlbi açıq, ürəyində xalqına, dövlətinə bağlılıq və sönməz sevgi hissi gəzdirən rəhbər şəxsdir. Belə bir səbəblər üzündəndir ki, icra başçısı olduğu ötən illər ərzində o, hər kəs tərəfindən rəğbət hissi ilə qarşılanmış, hər bir kəlbəcərlinin problemini öz problemi hesab etmiş və köməyə ehtiyacı olanlara kömək əlini də uzatmışdır. Aqil Məmmədov icra başçısı olsa da, əslində tam əksəriyyət onu ağsaqqal deyə qəbul edib, belə bir yanaşmalarını ortaya qoyurlar. Sözsüz ki, bu şəxsə qarşı belə bir münasibətin formalaşmasının əsas səbəbi budur. Çünki o, icra başçısı olsa da, sakinlərin hər birinin dərdi, problemi ilə yaxından maraqlanır, lazım gəldikdə problemlərin həlli yöndə aidiyyatı üzrə tapşırığını da verir. Bu kimi addımların nəticəsidir ki, hər kəs tərəfindən ona qarşı xüsusi rəğbət hissi formalaşıb. O halın varlığını hər kəs də təsdiq edə bilər ki, belə bir münasibət heç də hər bir vəzifə sahibinə nəsib olmur. Onu da bildirək ki, Aqil Məmmədov rayon rəhbəri olaraq üzərinə düşən hər bir işi yüksək səviyyədə yerinə yetirməyə çalışır. Belə bir addımını atmaq, məhz onun olduqca səriştəli və müdrik bir şəxs olduğunu sübuta yetirir. Sözsüz ki, həyata keçirdiyi idarəçiliyinin mahiyyəti ilə tam əksəriyyətdən fərqlənən bu şəxs, yeni-yeni uğurlara sahib olduqca, ətrafdakıların ona qarşı rəğbət hissi birəbeş artır.
Xüsusi vurğulanası hallardan biri də odur ki, bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kursun əsas müdafiəçilərindəndir. Yəni, Aqil Məmmədov yürüdülən siyasi kursa sadiq olduğunu, məhz bugünə kimi əməli addımları ilə sübuta yetirmiş və hər kəs də bunun canlı şahidi olmuşdur. Belə bir səbəblər üzündəndir ki, adı çəkilən bu şəxsi bir kimsə öz əqidəsindən heç cür döndərə bilmir. O halın varlığını da qeyd edək ki, Aqil Məmmədov ulu öndər Heydər Əliyevi özünün ən böyük idealı hesab edir və bu şəxsin müasir Azərbaycanımızın tarixində buraxdığı silinməz izlərə dəyər verməklə, sanki öz-özlüyündə iftixar hissi də keçirir.
Əldə etdiyimiz müfəssəl məlumatlara görə, zəngin həyat yolu keçən, müdrik idarəçilik qabiliyyətinə malik olan, hər kəsə qarşı yüksək insani münasibət bəsləyən və hal-hazıda 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi qeydə alınmış Məmmədov Aqil Sadiq oğlu, bu seçki dairəsinin ən potensial namizəddir. İnanırıq ki, seçki günü seçiciləri haqqa-ədalətə səs verib, adı çəkilən şəxsin qalib çıxmasına çalışacaqlar. Onu da unutmaq olmaz ki, bu gün ən taleyüklü məsələlərimizlə bağlı qanun layihələri MM-də müzakiyərə çıxarılır və son anda da qəbul olunur. Ona görə də, qanunverici orqanda zəngin həyat yolu keçən, hadisələrdən müəyyən mənada başı çıxan, lazım gəldikdə bəzi təhlillər aparıb əsl vətəndaş mövqeyi ortaya qoymağı bacaranlar olmalıdır ki, bugünümüzə və sabahımıza sahib çıxa bilək. Bəli, belə bir göstəriciləri ilə əksəriyyətdən tamamilə fərqlənən Aqil Məmmədovun uğur qazanması, həm seçicilərinin, həm də dövlətimizin uğur qazanması demək olacaq.

Hazırladı: Xəlil Yusifoğlu

 

PressXeber.info

Son xəbərlər

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Bütün xəbərlər