{category-title}

“Hər ailə rəsm tablosu almalıdır” - Əbülfəs Qarayev

 

Mədəniyyət Nazirliyi kinematoqrafiya sahəsi üzrə də layihələr həyata keçirir. Bizə təqdim olunan 250 ssenaridən 20 əsər götürüldü və film çəkiləcək”.

Axşam.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirilən kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, bununla əlaqədar dövlət büdcəsindən vəsait ayrılacaq:

“Eyni zamanda prodüser şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq”.

Ə. Qarayev muzeylərin fəaliyyətindən danışaraq rekorda imza atıldığını qeyd edib:

“Bu il 122 min nəfər bilet alaraq Xalça muzeyinə gəlib. Rekord vurmuşuq. Olduqca böyük nəticədir. Bütün muzeylər bu cür çalışmalıdır. Artıq 3 muzeydə audiobələdçilər tətbiq edilir. Başqa muzeylərdə də tətbiq olunacaq. Muzeylərin fəaliyyətini ciddi nəzarətə keçirmişik və cəlbedici layihələr həyata keçirməlidirlər. Muzeydə saxlanılan əşyalar dünya miqyasında tanınmalıdır”.

Nazir söyləyib ki, mədəniyyət mövzusu media sahəsində özünə münasib dəyərli bir yer tutur:

“Elə bir mətbuat orqanı yoxdur ki, orada mədəniyyət mövzuları çox geniş müzakirə olunmasın. Buna görə də mətbuat orqanlarına təşəkkür edirəm. Bu il çox işgüzar və geniş sahəni əhatə edən tədbirlərlə zəngin oldu.

Həmçinin, Azərbaycanda silsilə beynəlxalq tədbirlərin  keçirilməsi bu ilin real olaraq uğurlu olduğuna sübutdur. Şəkinin dünya incilər siyahısına daxil olması bütün Azərbaycan xalqının böyük sevincinə səbəb oldu. Beynəlxalq tədbirlər, dünya forumlarının keçirilməsi bir daha Azərbaycanın Bakı prosesinə sadiq qalmasının və dünya miqyasında Birləşmiş Millətlər Təşkilatı tərəfindən  Bakının Dünya Mədəniyyətlər arası Forumunun qlobal platformanın ən mühüm tədbiri kimi qiymətləndirilir. Hesab edirəm ki, bu da böyük hadisədir”.

Bundan əlavə, nazir kollegiya iclasında təsviri incəsənət sahəsindən danışarkən qurumun əsas şüarını açıqlayıb:

“Bizim məqsədimiz, şüarımız odur ki, bütün rəssamlarımızın əsərləri evlərin divarlarından asılmalıdır. Hər ailə imkan daxilində tablo almalıdır. Bu, mütləq olmalıdır”.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər