{category-title}

"Rusiyanı qanlı günlər gözləyir" - Putinin aqibəti NECƏ OLACAQ?

 

Putinin imperiya təfəkkürü dünyanı qıcıqlandıran başlıca səbəbdir.

Analitik Azər Rəşidoğlu Redaktor.az-a açıqlamasında Rusiyaya qarşı MDB məkanında olan etirazlardan danışıb.

Analitik hesab edir ki, Putin demokratik sivilizasiyanın sonunu yaxınlaşdırır:

“Qərbin bu dərəcədə qorxaq qiyafəyə bürünməsi “demokratiya paytaxtları”nın qüdrətli imicini də darmadağın edir. Putin tarixin  sonunu yaxınlaşdırır. Özünü qorxunc Rusiya çarı kimi təqdim edən Putin yeni tarix yaradır. Bu tarixdə zəiflərə yer qalmır. Güclü zəifi əzir, məhv edir. Putin qana susayıb. Bu, onun böyük ehtimalla son prezidentliyidir. Odur ki, Putin çox sərt addımlar ata bilər”.

A. Rəşidoğlu bildirib ki, Putinin prezidentliyi MDB məkanını qorxu və vahimə altında saxlayır:

“Hətta ərazi və əhalisinin sayı Ukraynadan qat-qat kiçik olan Baltikyanı ölkələr də rus əsgərinin hücumunu qorxu içində gözləyirlər. Artıq dünya üçün süni şəkildə şişirdilən “islam terroru” deyil, günü - gündən bir reallığa çevrilən rus işğalı təhlükəlidir. Putin ABŞ-a dünyanın yenidən bölüşdürülməsini təklif edir. Putindən məntiqi addımlar gözləmək mümkün deyil. Ötən əsrin 40-cı illərində Rusiya kimi nəhəng ərazini işğal edəcəyini düşünən Hitlerlə SSRİ-ni bərpa etmək istəyən Putin arasında heç bir fərq yoxdur. Putin rus şovinizminin bir simvoludur. Bu xəstə diktatora qarşı mübarizədə yalnız bir metod mövcuddur - güc nümayişi. Onlarla şəhərin rus çəkmələrinin altında qalmasının qarşısını yalnız güc nümayişi ilə almaq mümkündür. Dünyanı işğalla hədələyən, xalqlar və ölkələr üçün terror beşiyi olan Moskvanı cəzalandırmaq zamanın tələbidir”.

Analitik vurğulayıb ki, Rusiyanın son addımları heç bir hüquq norması ilə bir araya sığmır:

“Bu ölkə terror həyata keçirən bir dövlətə çevrilib. Terrorçu ilə danışmağın yolu yalnız zora qarşı zorla çıxış etməkdir. Bu gün dünyanı terrorla hədələyən Rusiyanın nüvə silahına malik olması hər kəs üçün təhlükə mənbəyidir. Putin nüvə silahına güvənərək, hər kəsi əzmək istəyir. Putini “nüvə çantası”ndan məhrum etmək barədə düşünən yoxdur. Hədəfdə müsəlman ölkələridir. Dünyanı vahimədə saxlayan Rusiyanı cəzalandırmağa Qərb çəkinir. Bununla belə payız iqtisadi və siyasi baxımdan Rusiya üçün ağır olacaq. Bunun qarşısını almaq üçün Putin yenə də “xarici düşmən” uydurub, özünü xilas etmək istəyəcək. Lakin istənilən halda Putin kariyerasının son illərini yaşayır. Bundan sonra o öz postunda qala bilməyəcək. Bir sözlə, Rusiyanı qanlı günlər gözləyir və artıq MDB məkanında baş verənlər bunun sübutudur”.

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər