{category-title}

Bugün “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar fəaliyyətə başlayıb

 Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar işə başlayıb.
Banker.az xəbər verir ki, açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə bildirib ki, ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı və bitki sağlamlığı sahəsində idarəetmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və səmərəliliyin aparılması üçün son illərdə ciddi institusional və qanunvericilik islahatları həyata keçirilib. Bütün bunlarla yanaşı, sanitar, fitosanitar və baytarlıq normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Rüstəmzadənin sözlərinə görə, “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində təşkil olunan bu beynəlxalq seminar qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılmasına köməklik göstərməklə müasir standartlara cavab verən, rəqabətə davamlı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyacına uyğun yüksək keyfiyyətli, təhlükəsiz qida məhsullarının istehsalına və ticarət dövriyyəsinin daha da artırılmasına öz töhfəsini verəcək.
Tədbirdə qeyri-tarif tədbirlərinin artırılması, ticarətə və davamlı inkişafa təsirlər, Ümumdünya Ticarət Təşkilatının Sanitar və Fitosanitar Nəzarət üzrə Saziş və TBT müqavilələri, qeyri-tarif tədbirləri üzrə bildiriş mexanizmləri və şəffaflığın vacibliyi, qeyri-tarif tədbirlərində özəl sektorun perspektivi, sanitar və fitosanitar prosedur maneələrinin azaldılması və tənzimləyici təcrübələr, Azərbaycanda  qeyri-tarif tədbirləri üzrə məlumat toplama nəticələrinin təqdimatı, qeyri-tarif tədbirlərinin ticarətə və davamlı inkişafa təsirini təhlil etmək və qiymətləndirmək, Asiya-Sakit Okean hövzəsində ticarətin asanlaşdırılması və rəqəmsallaşdırılmasının sürətləndirilməsi, dayanıqlı ticarət üçün beynəlxalq standartlar, qeyri-tarif tədbirləri və onların beynəlxalq standartlarla əlaqəsi mövzusunda çıxışlar olacaq Mövzularla bağlı müzakirələr zamanı təcrübə mübadiləsi aparılacaq.
Qeyd edək ki, seminar dekabrın 11-dək davam edəcək.

Son xəbərlər

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Bütün xəbərlər