pressxeber.info
pressxeber.info

Hindistanda polis dörd qadın təcavüzçüsünü güllələdi

29 dəfə baxılıb 7-12-2019, 16:43

Hindistanda polis dörd qadın təcavüzçüsünü güllələdi

 Keçən həftə Hindistanın Telangana əyalətində 26 yaşlı baytar qadına təcavüz etdikdən sonra qətlə yetirdiyinə görə həbs edilən dörd şübhəli qaçmaq istəyərkən polis tərəfindən güllələnib.

Qaynarinfo xəbər verir ki, bu haqda Heydərabad polisinin nümayəndəsi açıqlamasında bildirib.

"Şübhəlilər polisin silahlarını ələ keçirməyə çalışarkən çarpaz atəş altına düşərək öldürülüb", - açıqlamada deyilir. Polisin sözçüsü 4 təcavüz şübhəlisinin çağırılan təcili yardım hadisə yerinə çatana qədər öldüyünü bildirib.

Qeyd edək ki, keçən həftə baş verən hadisə Hindistanda böyük reaksiya doğurub və minlərlə insan cinayətkarın məsuliyyətə cəlb edilməsi üçün nümayiş keçirib. Şübhəlilərin öldürülməsindən sonra hadisə yerinə böyük bir izdiham toplanıb. Öldürülən 26 yaşlı qadının atası izdihamla birgə polisə təşəkkür edib və qızının bundan sonra məzarında rahat yatacağını deyib. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ocak 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi