{category-title}

Paşinyan saxta rəqəmlərlə beynəlxalq təşkilatlara yalan hesabat verməyə çalışır- RƏY

 

 

Ermənistanın Baş naziri Nikol Paşinyan "Legatum Prosperity Index" İngilis Analitik İnstitutunun (Rifah indeksi) 2019-cu ildəki hesabatına toxunub və qeyd edib ki, Ermənistanın mövqeyi keçən ilə nisbətən 27 pillə yaxşılaşdıraraq 61-ci yeri tutub. Ermənistan dünya ölkələrinin rifah indeksində mövqeyini 27 pillə yaxşılaşdırdığı yalanını Paşinyanın elə öz həmyerlisi ifşa edib. Ermənistan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz "Facebook" səhifəsində yazıb ki, Ermənistanda hələ də belə hesabatları orijinal və tam şəkildə oxuyan insanlar var. O, paylaşımında əslində Ermənistanın mövqeləri həqiqətən yaxşılaşdığını, ancaq Paşinyanın yazdığı kimi 27 pillə deyil, 7 pillə yüksəldiyini qeyd edib. Aşotyan bu cür dezinformasiyanın Paşinyana hökumət işçiləri tərəfindən verildiyini və yalan xarakterli arayış məruzələr hazırlayan məmurlar cəzalandırılmalı olduğunu da bildirib.

Nəzərə alsaq ki, Paşinyan bundan əvvəl, Qarabağ münaqişəsi ilə bağlı avantürist açıqlamalar verməklə reytinqini xeyli dərəcədə artırmağa çalışıb. Lakin bu, avantüra gözlənilən effekti vermədi. İndi Paşinyan vaxtaşırı beynəlxalq institutuların reytinq göstəricilərinə müraciət edir. Burada da saxtakarlıq etməklə seçicilərini aldatmağa çalışır. O zaman bu qənaətə gəlmək olar ki, Paşinyan sarsılmış nüfuzunu bərpa etmək üçün vaxtaşırı bu cür yalanlar uydurur.

Məsələ ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Ermənistanın beynəlxalq reytinq cədvəllərində irəliləməsi inandırıcı deyil:

" Bu, rəqəmlərlə manipulyasiya, beynəlxalq təşkilatlara yalan hesabat verməklə ölkənin reytinqini saxtakarlıqla artırmaq cəhdlərinin nəticəsidir. Ölkə iqtisadiyyatının xeyli hissəsi kölgə iqtisadiyyatıdır, əsasən Qarabağ klanına daxil olan oliqarxların iri maliyyə resurslarına nəzarət etməsi heç kəsə sirr deyil, Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir, hazırda Rusiya və ABŞ, Avropa arasında Ermənistanın xammal mənbəyi kimi istismarı uğrunda mübarizə gedir ki, bunlardan ən şiddətlisi Amulsar qızıl mədəninin istismarı ətrafında baş verən qalmaqalla bağlıdır. Ölkə təbii resurslarla zəngin deyil, işğal siyasəti ucbatından tranzit layihələrdən kənarda qalmışdır və Azərbaycan qlobal nəqliyyat-kommunikasiya, enerji qovşağında coğrafi cəhətdən mərkəzi, status baxımdan söz sahibi ölkə olaraq Ermənistanın iştirakına icazə vermir. Belə bir ölkənin inkişaf perspektivləri qaranlıqdır, diasporanın və xarici yardımların, ianələrin hesabına mövcud olan ölkə inkişaf edə bilməz".

" Əhalinin rifah halının yaxşılaşdırılması haqqında Paşinyanın iddiaları və təqdim etdiyi rəqəmlər əlbəttə ki, mifdir. Xarici media nümayəndələri daima əhalinin səfalət həddində yaşamasına dair nəinki əyalətlərdən, hətta paytaxt Yerevandan real şəxslərlə görüşüb reportajlar hazırlayırlar. Əgər Ermənistan əhalisinin sosial vəziyyəti doğurdan da yaxşılaşsaydı, Paşinyan Qarabağa dair bu qədər populist çıxışlar edərək, ac, səfil insanları bu məsələlərlə ovutmaq ehtiyacı hiss etməzdi. Ermənistan baş naziri Nikol Paşinyan bu yaxınlarda Ermənistan 2050 – Strateji İnkişaf Sənədi elan edib. Bu sənəd beynəlxalq maliyyə təsisatları tərəfindən şübhə ilə qarşılanıb və onun həyata keçirilməsinin real olmadığı vurğulanıb. Ermənistan 2050 – Strateji İnkişaf sənədində Ermənistanın maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunub"-deyə politoloq bildirib.

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər