{category-title}

İlham Əliyev CISCO şirkətinin nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Prezidenti: "Struktur islahatları, siyasi, iqtisadi islahatlar və şəffaflıq ölkəyə böyük faydalar gətirir"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

AYNA xəbər verir ki, Prezident İlham Əliyev Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib:  

 

"Biz dəfələrlə görüşmüşük. Bu görüşlərin hamısı sizin şirkət və Azərbaycan arasında uğurla inkişaf edən tərəfdaşlığın irəliyə doğru aparılması baxımından faydalı olub. Bilirəm ki, burada həyata keçirmək üçün çoxlu planlarınız olub və bütün planlarınızı reallaşdırmısınız. Sizin şirkətlə hakimiyyət orqanları arasında əməkdaşlıq çox yaxşı səviyyədədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sizin üçün yaxşı tərəfdaşdır. Bildiyiniz kimi, biz gələcəklə bağlı planlarımızı, Azərbaycanın müasirləşdirilməsi, informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı planlarımızı dəfələrlə müzakirə etmişik. Xüsusən də indi, yəqin ki, siz eşitmisiniz, biz hazırda çox aktiv transformasiya mərhələsindəyik. Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi".

 

"Əlbəttə ki, iqtisadiyyatımızın rəqəmsallaşdırılması hazırda bizim gündəliyimizdədir. Bu yaxınlarda Prezident Administrasiyasında aparılan struktur islahatlarından sonra bizim müxtəlif hökumət strukturlarının bu sahədəki fəaliyyətlərini koordinasiya edəcək və özəl sektorun inkişafını asanlaşdıracaq innovasiya departamentimiz var. Biz hazırda həqiqətən çox vacib beynəlxalq platformaya çevrilən “Bakutel” sərgisinin açılışı ərəfəsindəyik. Bu, təkcə sərgi və bu sahədəki əsas şirkətlərin nailiyyətlərinin təqdimatı deyil, həm də işgüzar əlaqələrin gücləndirilməsi baxımından imkandır. Mən ənənəvi olaraq, “Bakutel” sərgisində iştirak edirəm, ilk növbədə, bu məsələnin inkişafı ilə bağlı hökumətin mövqeyini göstərmək baxımından. İkincisi də, bir il ərzində hansı yeniliklərin olduğunu görmək baxımından da mənim üçün maraqlıdır. Çünki zaman çox sürətlə keçir. Bu sektorda dəyişikliklər zamandan da sürətlə baş verir", - dövlət başçısı vurğulayıb. 

 

İlham Əliyev  Formula 1 yarışının Azərbaycan üçün əhəmiyyətindən  də danışıb: "Bu, artıq ənənədir, ənənəvi mərasimdir. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı Formula 1 yarış lap əvvəldən həqiqətən də cəlbedici olub. Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun necə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayda turist cəlb edir.

 

"Biz faktiki olaraq müşahidələr aparmışıq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artım oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artım oldu. Maraqlısı ondadır ki, bu ilin oktyabrında, - çünki oktyabr turistlər üçün, belə demək mümkündürsə, əlverişli ay deyil, adətən onlar yayda gəlirlər, - ötən ilin oktyabrı ilə müqayisədə bizdə 25 faiz artım qeydə alındı. Ona görə də Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır", - Prezident vurğulayıb. 

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər