{category-title}

Günün ulduz falı: 21 noyabr, 2019

 

Qoç - gün sizə yorucu görünür, ancaq səyləriniz hədər getməyəcək, əldə etdiyiniz nəticələr sevindirəcək.

 

Ətrafınızdakılarla asan dil tapır, onların hərəkətlərinin əsl məramını və gizli fikirlərini vaxtında anlayırsınız.

Düşmənlərinizi ifşa edə bilərsiniz.

Ailə üzvlərinə aid xəbərlər sevindirəcək. Bir çox Qoçların bayram etmək üçün səbəbləri var. Bir az özünüzü nazlandırmaq, həmçinin yaxınlarınızı sürprizlərlə sevindirmək imkanlarını qaçırmayacaqsınız. Xərcləriniz çox olacaq, amma pulsuz qalmaqdan qorxmayın.

Buğa - işgüzar əməkdaşlığa başlamaq üçün yaxşı gündür. İnsanları sizin üçün faydalı olan əməllərə asanlıqla yönəldirsiniz. Uzunmüddətli əməkdaşlıq barədə müqavilələr imzalaya bilərsiniz. Vacib işgüzar və şəxsi məsələlərin müzakirəsi məhsuldar keçəcək.

İri məbləğdə pul xərcləyə bilərsiniz. İncəsənət və şou-biznes sahəsinə aid insanlarla ünsiyyət xoş keçəcək. Enerjiniz çoxdur, idmanla məşğul olmaq faydalıdır. Sağlamlaşdırıcı prosedurlar səmərəli olacaq.

Əkizlər - ehtiyatlı olmasanız da, uğurlarınız çoxdur. Ciddi problemlərdən yan keçəcəksiniz. Ancaq bir qədər diqqətli olmağınız məsləhətlidir. Yerinə yetirə bilməyəcəyiniz vədlər verə, yaxud əl-ayağınızı bağlayacaq müqavilə bağlaya bilərsiniz.

Bir çox Əkizlər bu gün gələcək üçün işləyirlər. Özü də bu, həyatın bütün sahələrinə aiddir. Odur ki, zəhmətinizin bəhrəsini tezliklə dadacağınıza həvəslənməyin. Köhnə tanışlarla görüşlər, qırılmış əlaqələrin bərpası üçün münasib gündür.

Xərçəng - bu günün hadisələri çoxdan qarşınıza qoyduğunuz məqsədlərə doğru bir pilləkən olacaq. Ancaq ona bu qədər yaxın olmağınız sizi o qədər də sevindirmir: son dövr ərzində prioritetləriniz dəyişib və indi sizə tamamilə başqa şeylər lazımdır. Dayanmayın: doğrudan da, ehtiyacınız olan bir şeyi əldə etmək üçün gözəl şansınız var.

Tikintiyə başlamaq, yaxud daşınmaz əmlak almaq, kirayə etmək olar. Yaxınlarınız ev işlərində sizə kömək edir, hətta bəzən şəxsi həyatınıza da müdaxilə edirlər. Münaqişə yaranmasını istəmirsinizsə, bunlara yumorla yanaşın.

Şir - inad, məqsədyönlülük və güclü iradə sayəsində ən mürəkkəb məsələlərin öhdəsindən gələ biləcəksiniz. İşgüzar danışıqlar, maliyyə məsələlərinin müzakirəsi və həlli üçün münasib gündür. Axşam vacib bir məlumat alacaqsınız.

Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər. Ailədə liderlik üstündə mübahisə istisna deyil. Xoşbəxtlikdən, münaqişənin yaranmasına imkan vermir, nəzakətli olmağa çalışırsınız. Günün ikinci yarısı ziyafyətə qatılmaq olar.

Qız - Vergi, sığorta, kreditlə məşğul olan idarələrin işçilərinin bəxti bu gün yaman gətirəcək. Mürəkkəb hesablamalar aparmaq, biznes-plan hazırlamaq olar.

Yaranan imkandan istifadə edərək sizin üçün dəyərli olan adamlarla münasibətlərinizi düzəldin. İndi həm çoxdankı fikir ayrılıqlarını bitirə, həm də gələcək üçün ortaq planları müzakirə edə bilərsiniz. İri alış-veriş etmək məsləhət deyil.

Tərəzi - çox uğurlu gündür, sizin üçün gözəl imkanlar yaranır. İntuisiyanız güclüdür, onu dinləyərək səhvlərdən qaçırsınız. Ancaq xırda səhvlər mümkündür. Xoşbəxtlikdən, bunları vaxtında sezib aradan qaldıra biləcəksiniz.

Planlaşdırılmamış görüşlər mümkündür, bunların nəticəsi gözlənilməz, ancaq xoş olacaq. Qonaq qəbulu üçün yaxşı gündür: ola bilsin ki, nüfuzlu adamlar bu gün sizə təşrif buyursunlar. Vacib məsələləri evdə müzakirə etmək daha məsləhətlidir, belədə sizi kimsə narahat etməz.

Əqrəb - ünsiyyət üçün xoş gündür. Başqalarının istəklərinə qarşı diqqətlisiniz, onların arzularını və ehtiyaclarını nəzərə alırsınız. Nüfuzlu bir şəxsdə özünüz haqda xoş təəssürat yarada biləcəksiniz. Yaxşı ideyalarınız varsa, onları həyata keçirmək üçün köməkçiləriniz də var.

Yaradıcı potensialınız yüksəkdir. İstənilən şəraitdən çıxış yolu tapa biləcəksiniz. Bu günə romantik görüş təyin edə bilərsiniz: gözəl və unudulmaz olması sizin əlinizdədir. Gözlənilməz təkliflər ala bilərsiniz, bunları qəbul etdiyinizə peşman olmayacaqsınız.

Oxatan - strateji məsələlərin həlli və uzunmüddətli planlaşdırma üçün münasib gündür. İntellektual potensialınız çox yüksəkdir, istənilən mürəkkəb situasiyadan çıxış yolu tapmağa qadirsiniz. Ətrafınızdakılar sizinlə zarafat edir, bəzən hətta məsxərəyə keçirlər. Amma bu, sizin əhvalınızı pozmur. Axşamadək kefiniz yaxşı olacaq.

Səfərlər yaxşı keçir, yollarda maraqlı tanışlıqlar qura bilərsiniz. Aktiv istirahət, idman, uzunmüddətli gəzintilər üçün yaxşı gündür. Axşam gözlənilməz bir görüş həyatınıza güclü təsir edəcək.

Oğlaq - düşünülməmiş hərəkətlər etməyə meyllisiniz. Bu, sizə lazımdırmı? Düşünsəniz, pis olmaz. Nəzakətli davrananları, vaxtında kölgəyə çəkilməyi, yeri gələndə manipulyasiyalara keçməyi bacaranları uğur gözləyir.

Açıq söhbətləri yalnız etibar etdiyiniz adamlarla aparın. Uzunmüddətli planlarınız, xüsusilə şəxsi həyatınız, nikaha girmək və bu kimi niyyətləriniz barədə kimsəyə bir söz deməyin. Axşam çoxdankı arzunuz gerçəkləşə bilər.

Dolça - çox enerjilisiniz, bir yerdə dayanmaq bilmirsiniz. Hansısa yeni bir işə başlamazdan əvvəl onu yaxşıca götür-qoy edin. Emosiyaların təsiri altında hərəkət edir, bununla vurnuxma, gərəksiz qayğılar yaradırsınız. Daha təcrübəli insanların məsləhətlərini dinləyin.

Maliyyə və əmlak məsələlərilə bağlı vacib qərarlar vermək məsləhət deyil. Ailə problemləri çox diqqət tələb edəcək.

Təsadüfi tanışlıq sizdə güclü hisslər oyadacaq. Amma bunun əsl münasibətlərə çevrilməsi şübhə doğurur.

Balıqlar - müxtəlif xarakterli məlumatlar alırsınız. Fəaliyyətə keçməyə tələsməyin: informasiyanı dəqiqləşdirmək, analiz etmək üçün zamana ehtiyacınız var. İşi kütlə qarşısında çıxışlar, reklam tədbirləri, səfərlərlə bağlı olan Balıqlar üçün çox uğurlu gündür. Prioritetləri düzgün təyin etməsəniz, rutin işlər sizi vacib layihələrdən ayıracaq.

Bu gün istənilən adamı istənilən şeyə inandıra bilərsiniz. Bundan istifadə edərək çoxdankı probemlərinizi həll etmək olar. Ancaq yaxınlarınızın etibarından sui-istifadə etməyin.

Milli.Az

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər