{category-title}

Qüdrət Qurbanov Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur

 

 


    Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.

    Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Qüdrət Qurbanov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi vəzifəsini daşıyan Qüdrət Qurbanov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Qüdrət müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Qüdrət Qurbanovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi  peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

   Bəli, bu gün o, olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır. Bir anlığa diqqət yetirək ki, indiyə kimi Azərbaycan Dövlət Dəniz Administrasiyasıdna aid sahələrdə nə kimi yeniliklər əldə olunub, bu gün də hansı yeniliklər  əldə olunmaqdadır. Hər kəsə bəllidir ki, Qüdrət Qurbanov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir  edən əsas səbəblər olub. Hal-hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi vəzifəsini daşıyan və daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Qüdrət Qurbanov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Qüdrət Qurbanov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. O da hər kəsə bəllidir ki, Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi vəzifəsini daşıyan Qüdrət Qurbanov, yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Qüdrət Qurbanov   hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Qüdrət Qurbanov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Qüdrət Qurbanovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.

 Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında Qüdrət Qurbanov haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Qüdrət Qurbanov haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Düşündürücü hal odur ki,

 Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Adicə o halın varlığına diqqət yetirək ki, Qüdrət Qurbanovun daşıdığı vəzifə, heç də sıradan bir vəzifə deyil. Açıq şəkildə qeyd edək ki, Azərbaycan Dövlət Dəniz Administrasiyasına aid sahələr gündəlik problemlər əmələ gətirən, eyni zamanda tələbkarlığı sevən bir sahədir. Belə bir sahəyə rəhbərlik etməklə, şəhər təsərrüfatının hər sahəsində əmələ gələn problemləri zamanında aradan qaldıran, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə, azacıq da olsa fikirləşmək, bir qədər götür-qoy etmək gərəkdir ki, ağa qara yox, elə ağa ağ, qaraya da qara demək mümkün olsun.

 

 

PressXeber.info

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər