pressxeber.info
pressxeber.info

Azərbaycanda orta ömür uzunluğu açıqlandı - HESABAT

17 dəfə baxılıb 13-11-2019, 12:24

Azərbaycanda orta ömür uzunluğu açıqlandı - HESABAT

 

 

1980-2017-ci illər ərzində Azərbaycanda orta ömür uzunluğu 8 yaş artaraq 72,1 yaşa çatıb.

" APA -Economics"in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asian Economic Integration Report 2019/2020 (AEIR): Demographic Change, Productivity, and the Role of Technology" adlı hesabatında deyilir.

Hesabata əsasən, Asiyada ən yüksək göstərici Honkonqda (84,7 yaş), ən aşağı göstərici isə Əfqanıstanda (64 yaş) qeydə alınıb.

Dinamikaya gəldikdə, qeyd edilən dövr ərzində ən yüksək artıma Kamboca nail olub. Belə ki, sözügedən ölkədə 37 il ərzində əhalinin ortalaşdırılmış ömür uzunluğu 41,8-dən 69,3-ə çatıb. Ən zəif artım isə Gürcüstanda qeyd alınıb. Bu ölkədə ortalaşdırılmış ömür uzunluğu cəmi 3,7 yaş artaraq 73,4-ə yüksəlib.

Qeyd edək ki, hesabata əsasən, Asiya üzrə ortalaşdırılmış ömür uzunluğunun orta göstəricisi 72,6 yaş təşkil edir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son 15 ildə Azərbaycanda ömür uzunluğu 73,4 yaşdan 75,8 yaşa yüksəlib. O cümlədən kişilər üzrə 70,8 yaşdan 73,3 yaşa, qadınlar üzrə 76,1 yaşdan 78,2 yaşa qədər artıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi