pressxeber.info
pressxeber.info

“Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək

17 dəfə baxılıb 13-11-2019, 09:27

“Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək

 

“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib. Bu barədə məlumat şirkətin saytında yerləşdirilib.

 

Bizimyol.info xəbər verir ki, "TASS" agentliyinin verdiyi məlumatda “Facebook Pay” xidmətinin insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacağı bildirilir. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.

Xidmət hələ ki ABŞ ərazisində yaşayan “Facebook” və “Instagram” istifadəçiləri üçün istifadəyə veriləcək. Şirkət xidmətin gələcəkdə digər ölkələrdə yaşayan istifadəçilər üçün də əlçatan olacağını bildirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi