{category-title}

İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ

 

İcbari tibbi sığortanın (İTS) tətbiqini təmin etmək məqsədilə əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusu (xidmətlər zərfi) hazırlanıb. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili yardım xidməti, ambulator, stasionar, həyati vacib dəyəri yüksək xidmətlər daxildir.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA -nın sorğusuna cavab olaraq bildirilib. Məlumata əsasən, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Agentlikdən bildirilib ki, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (bundan sonra İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3092 ədəd kompüter avadanlığı ilə təchiz olunub.

Bildirilib ki, İTS-nin ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda “Həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

Son xəbərlər

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Rafiq Quliyev deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək

BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur

Danimarkada hava limanı təxliyə olundu: bomba təhlükəsi...

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

İraqın baş naziri: Ərazilərimizdən Türkiyəyə hücumlar üçün istifadə edilməsinə imkan verməyəcəyik

Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

Bütün xəbərlər