{category-title}

Universitetlərin kafedra müdiri olan məmur və deputatlar - SİYAHI

 

Dövlət strukturlarında çalışan bir sıra yüksək çinli məmurlar, eləcə də, bəzi deputatlar paralel olaraq elm və təhsil sahəsində də işləyirlər. Universitetlərdə işləyən məmur və deputatların bir çoxu kafedra müdiri kimi fəaliyyət göstərirlər.

Onların buna necə vaxt çatdırdığı başqa yazının mövzusudur.

Modern.az universitetlərdə kafedra müdiri vəzifəsini tutan məmur və deputatların kimlər olduğunu araşdırıb.

Bakı Dövlət Universitetində (BDU) digər ali məktəblərə nisbətdə kafedra müdirləri olan məmur və ya deputat daha çoxdur.

Sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov hazırda BDU-da Ali riaziyyat kafedrasının müdiridir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiridir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da BDU-da vəzifə tutan məmurlar sırasına daxildir – o, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiridir.

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov BDU-da Politologiya və sosiologiya kafedrasının müdiri vəzifəsində də çalışır.

BDU-da kafedra müdiri olan xeyli deputat var. Belə ki, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Konstitusiya hüququ, deputat Yaqub Mahmudov Qədim dünya və orta əsrlər tarixi, deputat Nizami Cəfərov Ümumi dilçilik, deputat Bəxtiyar Əliyev isə Psixologiya kafedrasının müdiridir.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov bildirib ki, onlarda vəzifə tutan iki deputat var: Sahibə Qafarova Beynəlxalq əlaqələr üzrə prorektordur, xanım deputat filologiya üzrə elmlər doktoru, professordur. Deputat Sevinc Fətəliyeva isə İngilis filologiyası kafedrasının müdiridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib ki, deputat Hüseynbala Mirələmov Neftin, qazın nəqli və saxlanılması kafedrasının müdirdir. Professor və texnika elmləri doktorudur.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədovanın sözlərinə görə, eks-nazir Əli Abbasov Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının müdiridir. Eks-maliyyə naziri, BMT-nin “Sülh səfiri” Əvəz Ələkbərov “Maliyyə və maliyyə inistutları” kafedrasının müdiridir. Onların heç biri hazırda məmur statusu daşımır.

Bakı Ali Neft Məktəbi mətbuat xidmətinin əməkdaşı Zöhrab Süleyman qeyd edib ki, ali məktəbdə məmur fəaliyyəti ilə məşğul olan və ya deputat mandatı daşıyan kafedra müdiri yoxdur.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyəva vurğulayıb ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov İnşaat fakültəsindəki Qruntların mexanikası, bünövrələr və özüllər, yeraltı qurğular kafedrasının müdiridir.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin əməkdaşı Cavid Zeynallının sözlərinə görə, kafedra müdirlərindən heç biri məmur və ya deputat kimi fəaliyyət göstərmir.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Qəzənfər Həmidoğlu bildirib ki, deputat Rüfət Quliyev İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiridir. İqtisad elmləri doktoru, professordur.

Sumqayıt Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin müdiri Nazxanım Cəlilli qeyd edib ki, universitetdə kafedra müdirləri arasında ikinci bir işlə məğul olan şəxs yoxdur. Onlar yarımştat müəllim və kafedra müdiri kimi fəaliyyət göstərirlər.

Son xəbərlər

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Bütün xəbərlər