{category-title}

"Dağlıq Qarabağ məsələsində "status-kvo" qəbuledilməzdir"

 

"ABŞ ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinə çox böyük əhəmiyyət verir və digər həmkarlarımız kimi, tərəflərlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərimizi davam etdirməyə sadiqliyimizi ifadə edirik".

Redaktor.az-ın xəbərinə görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı çıxışında deyib.

Səfir bildirib ki, həmsədrlərin bir il əvvəl Daimi Şurada iştirakından sonra xeyli dəyişiklik baş verib: "Son aylar təmas xəttində baş verən itkilərdən narahatıq. Bu itkilər davam edən münaqişənin insan həyatına başa gəldiyini göstərir, gərginliyi artırır, tərəflər arasında inamsızlığı, düşmənçiliyi dərinləşdirir və davamlı həll yolu üçün perspektivləri azaldır.

Eyni zamanda, Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv və yüksək səviyyəli təmaslar bizi ruhlandırır. Gəlin qeyd edək ki, bu salonda son iştirakınızdan sonra Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanı bir araya gətirdiniz. Daimi Şuraya təqdim etdiyiniz son hesabatınızdan bəri iki ölkənin xarici işlər nazirlərinin Milan, Paris, Moskva, Vaşinqtonda və BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik sessiyası çərçivəsində beş görüşünü təşkil etdiniz. Bu əlaqə səviyyəsi birbaşa və müsbət divident yaratmalıdır və yarada bilər. Tərəfləri əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunmuş konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq. Bu il iyunun 28-də məhkumların eyni vaxtda sərbəst buraxılmasını da alqışlayırıq. Hələlik bu məsələlərdə razılaşma kifayət deyil. Biz tərəfləri bu razılaşmaları konkret hərəkətlərə çevirməyə çağırırıq. Tərəflərin öz xalqlarını barışa hazırlamaq, qarşılıqlı ittiham və günahlandırmadan çəkinməsinin vaxtı çatıb".

Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar təhlükəsizlik vəziyyətini sabitləşdirə və danışıqlar üçün daha konstruktiv mühit yarada biləcək etimad tədbirlərini və ermənilərlə azərbaycanlılar arasında artan dialoqu dəstəkləyir: "Dialoqda iştirak edənlər öz ölkələrinə qayıtdıqda təqib və cəzalandırma qorxusu olmadan bunu sərbəst şəkildə edə bilməlidirlər. Səfir Kaspşik, vəziyyəti qiymətləndirmənizi və qrupunuzun tərəflər arasında şəffaflıq və etimadın artırılması səylərini yüksək qiymətləndiririk. Bu iş əvəzsizdir və biz bu məsələdə sizi tam dəstəkləyirik. Həmsədrlərin vasitəçilik səylərini dəstəkləmək istiqamətində Slovakiya sədri ilə əməkdaşlığınızı və regionda vəziyyətin sabitləşdirilməsi üçün tərəflərlə sıx əməkdaşlığınızı yüksək qiymətləndiririk. Bu münaqişənin hərbi yolla həlli ola bilməz və "status-kvo" qəbuledilməzdir. Birləşmiş Ştatlar iştirakçı dövlətlərin bölüşdüyü, Helsinki Yekun Aktında əks olunduğu kimi, güc tətbiq etməmək və ya hədələməmək, ərazi bütövlüyü, xalqların bərabər hüququ və öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanan davamlı və dinc həll yolunu tapmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir".

Son xəbərlər

Paşinyan Putinin andiçməsinə gedəcək?

Tanınmış rusiyalı müxalif yazar həbs olundu

“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti

“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Fateh Can: Fədakar alim və cəfakeş ana

Ələt-Astara magistralında təhlükəli vəziyyət

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verildi

Adəmin atasına 30 sutka həbs verildi

Çingiz Abdullayev qidadan zəhərlənib? - Rəsmi

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Sabah 27 dərəcə isti olacaq - HAVA PROQNOZU

“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ

“Qarabağ”ın daha iki potensial rəqibi bilindi

Bakıda gənc qız intihar etdi

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

İddiaçılar Turniri: Azərbaycan şahmatçısı Nakamura ilə üz-üzə gələcək

Xoşbəxtlik birdən qapınızı döyəcək: Üç bürcə karyera və maliyyə uğurları VƏDİ

Kürdə batan 6 yaşlı qız və atası hələ də tapılmayıb

Bütün xəbərlər