{category-title}

Quba filialında “Bayrağımız milli qürur mənbəyimizdir” adlı tədbir keçirilmişdir

 

 

7 noyabr 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız milli qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı cənab Ziyəddin Əliyev, Quba RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, filialın direktoru dosent Yusif Alıyev, tanınmış şair Ramiz Qusarçaylı, “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov, filialın professor- müəllim heyəti, filial əməkdaşları və tələbələr iştirak ediblər.
ADPU-nun Quba filialının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. İlk olaraq çıxış üçün söz filialın direktoru dosent Yusif Alıyevə təqdim olunub. Dosent Yusif Alıyev çıxışında dəvəti qəbul edərək möhtəşəm bayram tədbirində iştirak edən Quba RİH başçısı cənab Ziyəddin Əliyevə xüsusi təşəkkürünü bildirərək, ona gənclərimizə, təhsilimizə göstərdiyi diqqət və qayğı üçün minnətdarlıq edib. Direktor həm də öz çıxışında bildirib ki: “Bu gün Azərbaycan xalqının dövlətçilik tarixində çox əlamətdar bir gündür. Şərqdə ilk demoktartik Respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin bayrağının 101 yaşını qeyd edirik. Azərbaycan bayrağı hər birimizin qəlbindədir. Bu bayraq bizim müstəqilliyimizin simvoludur. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Ulu öndərimizin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də bayrağımıza olan qayğısı idi. O deyirdi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan Dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına sitayiş etsin, gərək bu bayraq hər bir ailənin tərkib hissəsi olsun”. Biz də təhsil müəssisəsi olaraq, Azərbaycan bayrağının yaşaması, ucalması, qorunması üçün öz əlimizdən gələni böyük şərəflə yerinə yetirməliyik.
Daha sonra çıxış üçün söz Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə verildi. Ziyyəddin Əliyev öz çıxışında hər kəsi bayram münasibətilə təbrik edərək Azərbaycan respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli tədbir haqqında öz fikirlərini söyləyib. O bildirib ki, “Dövlət bayrağımız Respublikamızın dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərimizin binaları üzərində ucalaraq dalğalanır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Z.Əliyev qeyd etdi ki, üçrəngli bayrağımız xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir və bunu özünün müqəddəs borcu kimi qəbul edir. Cənab prezidentimiz, ölkə başçımız demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Sonda bizim gəncliyə ümidimiz çox böyükdür, əminəm ki, gənclər gələcəkdə dövlətimizin bütün atributlarını şərəflə qoruyacaq, bayrağımızı daim yüksəklərə ucaldacaqlar, - deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev filialın tələbə-müəllim heyətinə uğurlar arzuladı.
Sonra tədbirdə filialın dekan müavini, Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi, psixoloq Nübar Bayramova da çıxışında ölkəmiz üçün əlamətdar olan bayram günü münasibətilə təbrik edərək, dövlətimizin necə çətin yollarla, minlərlə şəhid və qazilərimizin canı-qanı bahasına əldə edilən müstəqilliyimizdən, müstəqilliyimizi şərəflə qoruyub bu günə çıxarmış ulu öndər Heydər Əliyevin ömür yoluna diqqət çəkib.
Sonra tədbirdə filial tələbələrinin iştirakı ilə hərbi keçid olmuşdur. Daha sonra tələbələrin ifasında bədii kompozisiyalar səsləndirilib. Ramiz Qusarçaylının “Azərbaycan Bayrağı” şeirinin ifa olunması, əsgər geyimində olan tələbə-gənclərin bayrağa Sədaqət andı içmələri tədbirə xüsusi möhtəşəmlik qataraq tədbir iştirakçılarına və qonaqlara böyük əhval-ruhiyyə bəxş etmişdir.

Xeberleragentliyi.com

Quba filialında “Bayrağımız milli qürur mənbəyimizdir” adlı tədbir keçirilmişdir
Quba filialında “Bayrağımız milli qürur mənbəyimizdir” adlı tədbir keçirilmişdir
Quba filialında “Bayrağımız milli qürur mənbəyimizdir” adlı tədbir keçirilmişdir

Son xəbərlər

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

Milli Məclisin növbəti iclasının TARİXİ

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Bütün xəbərlər