pressxeber.info
pressxeber.info

Saatlı sakininin bank kartları OĞURLANDI

6 dəfə baxılıb 7-11-2019, 13:58

Saatlı sakininin bank kartları OĞURLANDI

 

Saatlı rayon sakininin avtomobilindən bank kartları oğurlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Saatlı Rayon Polis Şöbəsinə müraciət edən Sarıcalar kənd sakini İ.Alışov noyabrın 5-nə keçən gecə kənd ərazisində "VAZ-2106" markalı avtomobilindən 2 ədəd bank kartı oğurlandığını və hesabındakı 560 manat pulun çıxarıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi