{category-title}

Baş redaktor yenidən Prezidentə müraciət etdi

 

 

Möhtərəm cənab Prezident!
       
 Mən Sizin Özünüzə dost hesab etdiyiniz tərəqqipərvər Azərbaycan jurnalistlərindən biriyəm, ictimai rəyə az-çox təsiri olan bir elektron nəşrin - Mediatv.az saytının baş redaktoruyam. Rəhbərlik etdiyim kütləvi informasiya vasitəsində həmişə dövlətə, dövlətçiliyə xidmət etmişəm. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu daim dəstəkləmişəm və bütün Azərbaycan vətəndaşlarının həmin kursun layiqli davamçısı kimi tanıdığı Sizin ətrafınızda sıx birləşməyinin tərəfdarı olmuşam. Sağlam düşüncəli həmkarlarımın Sizi "Jurnalistlərin Böyük Dostu" seçmələrini alqışlamışam.
         Bu günlərdə çox böyük siyasi iradə ortaya qoyaraq qətiyyətlə elan etdiyiniz, cəmiyyət tərəfindən olduqca müsbət qarşılanan kadr gəncləşdirmə siyasətini əsaslandıran son çıxışlarınızdan birində dediyiniz sözlər bütün saf əqidəli media mənsubları kimi məni də ruhlandırmış, bu müraciətimdə ehtiva olunan problemin həll olunacağına inamımı artırmışdır. Nitqinizdə media nümayəndələrini Özünüzün köməkçiləriniz hesab etdiyinizi bir daha vurğulamış, bəzi hallarda dözülməz vəziyyətlə bağlı məlumatları məhz mediadan xəbər tutduğunuzu qeyd etmişsiniz.
         Bildirirəm ki, Azərbaycanda həyata keçirilən, iqtisadi inkişafı şərtləndirən mütərəqqi islahatların, onları müşayiət edən sosial proqramların əhəmiyyətini xalqa - KİV izləyicilərinə həvəslə çatdırdığım kimi, həmin islahatlara mane olmağa çalışan destruktiv ünsürləri də tənqid etməkdən, neqativ hallara rəvac verən şəxsləri ictimai qınağın obyektivinə tuş gətirməkdən də çəkinməmişəm. Başqa sözlə, yerlərdə rast gəlinən dözülməz vəziyyətlə bağlı Sizi məlumatlandıran, təqdir etdiyiniz jurnalistlərdən biri də mənəm. Lakin, məhz Sizə və Sizin şəxsinizdə Azərbaycan dövlətinə köməkçi olduğum üçün, qanunsuzluqların aşkarlanması, neqativ halların üzə çıxarılması müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış etdiyimçün indi özüm dözülməz vəziyyətə düşmüşəm, daha doğrusu, bəzi vəzifəli şəxslər tərəfindən çıxılmaz duruma salınmışam.  
         Məlum edirəm ki, bu il iyul ayının 28-də ailəmlə birgə Masallıda - İstisu istirahət mərkəzində dincəldiyim vaxt orada avtomobilim qarət olunmuş, şüşəsi qırılaraq salonundan oğurluq edilmiş,valideynlərimdən bizim üçün qalan, ailə quran zaman valideynlərimin aldıqları, övladlarımın ad günlərində yaxın qohumlar tərəfindən hədiyyə olunmuş, mənə və ailə üzvlərimə məxsus, uzun illər ərzində qazandığımız halal zəhmət haqqı ilə aldığımız hazırki qiymətlərlə 20000 (iiirmi min) manat dəyərində qızıl zinət əşyaları və sənədlər götürülmüşdür. Şikayətim əsasında əməliyyat - axtarış tədbirlərinə başlayan Masallı polisi tanımadığım Nurlan Səmədov adlı bir şəxsi saxlamışdır. Amma, sürətlə "aparılaraq" təcili şəkildə məhkəməyə ötürülən cinayət işi qeyri-obyektiv, qərəzli, birtərəfli qaydada və heç bir maddi sübut tapılmadan aparılmışdır. Hadisə baş verən günü götürülmüş əl izlərinin ekspertizanın nəticələrinə görə Nurlan Səmədovun olduğu təsdiqlənməsə də, əşyaların deyil, onlarla birgə oğurlanmış sənədlərimizin hansı şəraitdə tapıldığı yetərincə araşdırılmasa da, xeyli başqa uyğunsuzluqlar ortada olsa da, mənim və ailə üzvlərimin cinayət işinin materialları və maddi sübutlarla vaxtında tanış olmaq hüququmuzdan istifadə edə bilməməyimiz üçün, istintaqın gedişindəki qanun pozuntularını aşkar etməməyimiz  və istintaqın sürətlə yekunlaşdırılmasına mane olmamağımız üçün Masallı polisi yayındırıcı bütün mümkün tədbirləri görüb. Polis  cinayət işinin istintaqını prosessual nəzarətin olmaması səbəbindən istədiyi kimi aparmış, hansısa maraq naminə günahsız adamı təqsirkar çıxarmaqdan belə çəkinməmişdir.
         Cinayət işinin obyektiv araşdırılmasından ötrü onun yenidən istintaqa qaytarılması üçün məhkəmə qarşısında vəsadət qaldırmışam. Lakin nə prokurorluq, nə məhkəmə cinayət işini ibtidai istintaqa qaytarmaq istəməyiblər, çünki bununla onlar reputasiyalarına xələl gətirmək istəmədikləri polis rəisi və müstəntiqlə üz-üzə gələcəkdilər.
         Onu da qeyd edim ki, hadisədən az müddət öncə Masallı rayonunda sahibkarın polis rəisi tərəfindən incidilməsi barədə faktlara söykənən tənqidi məqalələr yazmış, Mediatv.az saytında dərc etmişdim. Mənim əslində həmin ərəfələr tənqid etdiyim yerli polis tərəfindən izlənildiyini hiss etdiyim avtomobilimdən edilən oğurluğun tamamilə başqa şəxs tərəfindən törədilməsi ehtimalını qətiyyən nəzərə almayan Masallı polisinin ortada heç bir maddi sübut olmadan, başqa oğurluq üstündə yaxalanmış Nurlan Səmədovun boynuna qoyması şübhələnməyimə ciddi əsas verir ki, istintaqın mənə sərf edən nəticəni verməməsi məhz peşə fəaliyyətimlə bağlıdır və rayonda necə deyərlər, "at oynadan, qılıncının dalı da qabağı da kəsən" polis rəisinin tənqidə dözümsüzlüyünün, jurnalistdən qisas almasının təzahürüdür.
         İstintaqın gedişatı onu göstərir ki, hər şey mənim qiymətli əşyalarımın əlimə gəlib çıxmamasına hesablanıb. Çünki, təqsirləndirilən və hüquqlarını müdafiə etmək üçün özünə vəkil tutmağa belə maddi imkanı olmayan Nurlan Səmədov oğurlamadığı zinət əşyalarımı qaytarmaq, nə də onların qarşılığında mənə pul ödəmək iqtidarında deyildir.
      Möhtərəm Cənab Prezident
Çağırışınıza hay verərək gördüyüm neqativ halları işıqlandırdığım üçün başıma gələn bu oyunlar barədə müraciət etmədiyim ünvan qalmayıb.Bir sahibkarın polis rəisi tərəfindən incidilərək aylıq haqq tələb etdiyini mətbuat səhifəsində işıqlandırdığım  üçün "başıma bu oyunlar" polis rəisi tərəfindən gətrilir.İstintaqın gedişi onu deməyə əsas verir ki avtomobilimin qarət olunması polis rəisi tərəfindən təşkil olunub,ya da ki polis rəisi vəzifə səlahətlərindən istifadə edərək cinayət işini "isdədiyi istiqamətə yönəldib". İndiyədək yuxarı instansiyalara 20-yədək teleqram vurmuş, məktublar yazmışam, problemimi mətbuatda ictimailəşdirmişəm. Əminəm ki, müraciətnamələrim Sizə yetişməyib, yoxsa, problemimə biganə qalmaz, həllinə köməkliyinizi əsirgəməzsiniz. Axı Siz Özünüzün dediyiniz kimi, istisnasız olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuz qədər, istisnasız olaraq hər bir Azərbaycan jurnalistinin də dostusunuz. Odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm, aidiyyati qurumlara bu işi nəzarətə götürmələri üçün tapşırıq verəsiniz.
         Qabaqcadan minnətdarlığımı bildirirəm.
Əfqan Bəhluloğlu
Mediatv.az İnformasiya Portalının Baş redaktoru

Son xəbərlər

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Bütün xəbərlər