{category-title}

Paşinyan xalqı ələ ala bilmir - Son variant MÜHARİBƏDİR

 

Danışıqlardan nəticə gözləmək əbəsdir.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistan baş naziri Nikol Paşinyanın "Facebook" üzərindən canlı yayımda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Politoloq hesab edir ki, atəşkəsin pozulması intensivliyinin azalmasına ümidini bağlayan Paşinyana, onun yanlış nəticəyə gəlməməsi üçün təzyiqi artırmaq lazımdır:

“Birincisi, Nikol Paşinyan deyib ki, il yarım ərzində Ermənistan-Azərbaycan sərhəddində gərginlik xeyli azalıb. Paşinyan gərginliyin keçmiş illərdə də olduğunu bildirsə də, belə bir əlavəsini də unutmayıb. Təhlükənin hər zaman olduğunu qeyd edib. Paşinyan bu sözlərlə demək istəyir ki, məhz o hakimiyyətə gəldikdən sonra sərhəddə gərginlik azalıb. Paşinyan gərginliyin azalmasını Azərbaycan prezidenti İlham Əliyevlə Müstəqil Dövlətlər Birliyinin Aşqabad toplantısında qısa fikir mübadiləsi ilə əlaqələndirib. Yəni, Ermənistanın baş naziri demək istəyir ki, məlum görüşdə atəşkəsə riayət olunacağına dair şifahi razılaşma əldə olunub. Paşinyanın sözündə həqiqət ondan ibarətdir ki, o, Serj Sərkisyanı devirib hakimiyyətə yiyələndikdən sonra rəsmi Bakı ona bir neçə ay şans tanıdı. Aşqabad görüşündən əvvəl və bir neçə ay sonra atəşkəs həqiqətən ciddi şəkildə pozulmadı. Ancaq Aşqabad görüşündən vaxt getdikcə atəşkəsin pozulması halları artdı. Paşinyan avqustun 5-də Xankəndidə separatçılar qarşısında çıxış edərkən “Qarabağ Ermənistandır” dedikdən sonra isə atəşkəsə riayət etməyin heç bir mənası qalmadı. Ona görə də Paşinyan atəşkəsin artan xətlə pozulması hallarına hazırlaşmalıdır”.

E. Şahinoğlu Paşinyanın danışıqlarda “irəriləyiş olmasa da, maraqlı dinamika müşahidə olunur” fikrinə də toxunub:

“Əslində, danışıqlarda heç bir irəriləyiş yoxdur, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı bəyanatlarından da müəyyənləşdirmək olar. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında da danışıqların gedişi ilə bağlı fərqli heç nə yoxdur. Görünür, Paşinyan sadəcə, cəmiyyətini sakitləşdirməyə çalışır ki, danışıqlarda nəticə olmasa da, guya “gedişat ümid verir”. Erməni cəmiyyəti ən çox müharibədən çəkinir. Paşinyan da bunu bilərək həm müharibə sözünün tələffüzündən çəkinir, həm də cəmiyyətinə yanlış da olsa ümid verməyə çalışır”.

Politoloq qeyd edib ki, digər tərəfdən Paşinyan canlı yayında Dağlıq Qarabağ separatçıları ilə arasında heç bir ixtilafın olmadığını erməni cəmiyyətinə təlqin etməyə çalışır:

“Paşinyan İrəvanla Dağlıq Qarabağ separatçıları arasında münaqişənin həllinə baxışda heç bir fikir ayrılığının olmadığına xüsusi diqqət çəkib.  O, çıxışında əsas vəzifəsi kimi həll yolunun erməni xalqı üçün məqbul olmasını göstərib. Paşinyan yeni təklifini də səsləndirib: “Münaqişənin həll yolu referenduma da çıxarıla bilər”. Bununla Paşinyan məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə çıxır ki, Paşinyan Azərbaycan prezidenti ilə ehtimal olaraq nə vaxtsa ortaq məxrəcə gəlsə, bu, o demək olmayacaq ki, rəsmi İrəvan münaqişənin həllinə razılaşıb. Bundan sonra razılaşma referenduma çıxarılacaq ki, Paşinyan verdiyi qərara görə məsuliyyəti erməni cəmiyyəti ilə bölüşsün. Tutaq ki, Paşinyan İlham Əliyevlə nəyəsə razılaşdı, ancaq Ermənistanda keçirilən referenduma ermənilər “yox” dedi. Paşinyan İlham Əliyevə nə deyəcək, “bağışlayın bu variant alınmadı, keçən başqa variantların müzakirəsinə”... Paşinyanın “hə”, ermənilərin “yox” deməsinin özü müharibə ehtimalını artıracaq”.

E. Şahinoğlu vurğulayıb ki, Nikol Paşinyanın canlı yayında verdiyi açıqlamardan bir daha münaqişənin danışıqlar yolu ilə həll olunmayacağı açıq görünür:

“Maraqlıdır ki, ordumuzun Naxçıvanda və Qazaxda həyata keçirdiyi əməliyyatlar Paşinyanın hakimiyyəti dövründə həyata keçirilib. Paşinyan bu haqda heç zaman bir cümlə də deməyib. Ermənistanın o biri rəsmiləri və hərbçiləri də bu mövzuda əsasən susurlar. Lap yaxşı, bir az daha irəriləmək lazımdır”.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər