{category-title}

Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün sənədlərin təqdim edilməsinə başlanılır

 

 

Bu gündən Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.

Trend  bildirir ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir.

Sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.

Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində dairə seçki komissiyaları imza vərəqələri və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edir.

Bundan əlavə, hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması müddəti noyabrın 3-də sona çatır.

Qeyd edək ki, hazırda Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 10-a çatıb.

Bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Müraciət edən namizədlərdən 2896-ı təsdiq olunub, digər namizədlərin isə müraciətlərinə baxılır.

Son xəbərlər

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

Bütün xəbərlər