{category-title}

Aktyor və aktrisalarımız bir çəkiliş gününə nə qədər QONARAR ALIR? — 100 manata da çəkilən var, 1500 manata da - SORĞU

 

 

Sovet hakimiyyəti dağıldıqda, yenidənqurma dövrünə keçid vaxtı bir sıra sahələr kimi incəsənət, kino sahəsi də demək olar ki, öz süqutunu yaşayıb. Bu dönəm insanlar maliyyə çətiliklərindənmi, yoxsa mənəvi boşluqdanmı kinonu, teatrı unutdu. Bir nəsil teatrsız, milli kinosuz böyüdü, boya-başa çatdı. İllər ötdü, hər bir cücərti, davamlı bir inkişafa keçid aldı. Kino sahəsinin serial qolunun inkişafı ilə bir çox seriallar çəkilməyə başladı. Bu serialların müsbət tərəfi bu oldu ki, gənc simaları görməyə başladıq. Onlar bu işlərlə həm məşhurluq qazandılar, həm də orta və yaşlı nəsil aktyorlarla çiyin - çiyinə çalışıb təcrübə topladılar. Ancaq tanınmaq və çiyin-çiyinə çalışmaq hələ problemin tam həlli sayıla bilməz. Çünki burada işin sənət, yaradıcılıq tərəfindən başqa, hər bir sahədə olduğu kimi maliyyə tərəfi də böyük rol oynayır. Bəzən təmkinlərini qorumağı bacaran aktyorlar belə qonorardan söz düşəndə susmurlar. Baxmayaraq ki, bəzi aktyorlar bu mövzuda danışmaq istəmir, amma vəziyyət az-çox hər kəsə məlumdur. Məsələn, Xalq artisti Arif Quliyev Oxu.Az-a açıqlamasında serialda bir dəfə çəkilmək üçün 100 manat qonarar aldığını demişdi. "Aldığım qonarar məni qane edir. Son olaraq çəkildiyim serialda həftədə iki dəfə olmaqla çəkilirdim və hər bir çəkilişə görə 100 manat alırdım. Bu isə aylıq 800 manat deməkdir",- deyə A.Quliyev bildirib.
"Ölkə.Az" olaraq vəziyyətlə daha yaxından tanış olmaq üçün bəzi aktyor və aktrisalarla əlaqə saxlayıb fikirlərini öyrənməyə çalışdıq.

Bəs onların qonararları nə qədərdir?

İlk olaraq əməkdar artist Çingiz Əhmədovla əlaqə saxladıq. O, açıqlamasında bu məbləğin çox az olduğunu bildirdi.

Image result for çingiz əhmədov

"Mənim fikrimcə bu aktyorluğa verilən ən aşağı məbləğdir. Sözün açığı, mən bu qiymətə heç vaxt çəkilmərəm".

Əməkdaşımızın "Bəs sizin qonararınız nə qədərdir" sualına əməkdar artist heç bir açıqlama verməyib.

Əməkdar artist Rəhman Rəhmanov həmkarından fərqli olaraq öz qonararını məbləğini söyləyib:

Image result for rəhman rəhmanov

"Mənim fikrimcə də 100 manat bir çəkiliş üçün azdır. Biz o, çəkiliş meydanında min bir əziyyətdən keçirik. Bilən bilir ki, filmə çəkilmək çox məsuliyyətli işdir. Qonararıma gəldikdə isə açıq deyə bilərəm ki, minimum 200 manatdır. O məbləğdən aşağı heç vaxt çəkilmərəm",- deyə o, fikrini tamamlayıb.

Xalq artisti Valeh Kərimov isə sualımızı belə cavablayıb:

Image result for Valeh Kərimov

"Vallah, bu barədə yəqin ki, bir çox insanla, həmkarlarımla fikrim üst-üstə düşər, təkrarçılığa yol verməyim. Əlbəttə ki bir xalq atristinə belə qiymət verəndə adamın ürəyi ağrayır. Amma nə etmək olar? Mən öz fikrimi söyləyim ki, mən bu qonorara çəkilmərəm. Vallah, heç əziyyətinə dəyməz".

Qonorarını açıqlamayan aktyor, onu heç seriallara dəvət etmədiklərini də dilə gətirib.

Kinomuzun "Qasım"ı, Xalq artisti Əjdər Həmidov isə sənət naminə hər şeyə hazır olduğunu deyib:

Image result for Əjdər Həmidov
"Məbləğdən də göründüyü kimi, sənətə verilən qiymət deyil. Ancaq onu da bildirim ki, biz elə hər zaman az qonorar almışıq. Sovet dönəmində də çəkildiyimiz filmlərə görə, dəyərindən qat-qat aşağı qonarar alırdıq."
Əməkdaşımızın "siz bu qonorara filmə çəkilərsinizmi" sualına Xalq artisti maraqlı cavab verib:

"Əgər sənət naminə lazım olsa, çəkilərəm. Məni seriallara çox dəvət edirlər, amma hər filmə çəkilmirəm, mütləq sənət tərəfinə baxıb, seçim edirəm".

Xalq artisti Səidə Quliyeva isə açıqlamasında bildirib ki, rejissorları onu az qonararlı filmlərə dəvət etməyi qadağan edib.

Image result for Səidə Quliyeva
"Mən ümumiyyətlə, xəbərdarlıq etmişəm ki, az qonararlı filmlərə görə, mənə müraciət etməsinlər. Heç olmaya bir dəfə olsa belə çəkiliş meydançasında olan insan bunun necə çətin bir iş olduğunu bilir. Görün aktyorlar necə əziyyət çəkir, müqabilində isə çox az məbləğ alır".

"Akrisa siz filmlərdən nə qədər qonarar alırsınız" sualına isə belə cavab verib:

"Dəqiq deyə bilməyəcəyəm, amma şərtlərə baxmaq lazımdır. Elə film olub mən günümə 1500 manat almışam, eləsi olub 1000 manat olub. Başa düşürəm, serialların büdcəsi az olur, bu məbləği verə bilmirlər. Ancaq heç olmasa 300-400 manat ödənməlidir".

Image result for Anar Heybətov

Əməkdar artist Anar Heybətov bildirib ki, o qonararını heç yaxın dostlarına belə açıqlamır.

"Mən öz qonorarımın məbləğini dostlarıma, yaxınlarıma belə demirəm. Dəqiq deyə bilmərəm, neçəyə çəkilirəm. Əvvəl gələn təklifləri dəyərləndirib, sonra qərar verirəm ",- deyə aktyor fikrini tamamlayıb.

Image result for Əli Nur

Aktyor Əli Nur da digər həmkarları kimi qonararın çox gülünc olduğunu bildirib.

"Yox, mən bu qonarara əsla çəkilmərəm. Mənim hər çəkiliş günüm 500 manatdır, nə bir qəpik aşağı, nə bir qəpik yuxarı".

Image result for Hüsniyyə Mürvətova

Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova qonararını açıqlamayıb, yalnız sənətə dəyər verməyin vacib olduğunu da vurğulayıb.
"Əlbəttə ki, bu qonorar bir aktrisanın əziyyəti üçün çox aşağı məbləğdir. Mən heç vaxt bu qiymətə çəkilişə razılaşmaram",- deyə aktrisa bildirib.

Son xəbərlər

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı

Bakıda yenidən qurulan parklanmada qiymətlər...

Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT

Bütün xəbərlər