{category-title}

Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək

 

Bu gün sosial sahə Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə sosial sahədə mühüm islahatlar həyata keçirilir. Təkcə 2019-cu ildə reallaşdırılan iqtisadi paket 4 milyon 200 min insanı əhatə edib. Bu, çox böyük rəqəmdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu gün Azərbaycanda islahatlar uğurla davam edir:

"Məhz bu uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan sosial islahatlar sahəsində dünya miqyasında nümunəvi bir ölkəyə çevrilib. Baxmayaraq ki, dünyada sosial-iqtisadi kataklizmlər baş verir, iqtisadi və siyasi böhran bir sıra ölkələrdə humanitar fəlakətlərə gətirib çıxarır, möhtərəm prezidentimizin müəyyən etdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişaf davam etməkdədir".

Deputat vurğulayıb ki, bu ilin 9 ayının statistikası ölkəmizdə il ərzində əldə edilən naliyyətlərin göstəricisidir:

"Misal üçün, ötən 9 ay ərzində qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub, o cümlədən qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Kənd təsərrüfatında isə doqquz ayda 7 faizdən çox artm qeydə alınıb. Bütün bunlar çox böyük rəqəmlərdir. Xarici dövlətlərə olan borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bununla yanaşı, ölkədə inflyasiyanın səviyyəsi 2 faizdən bir qədər çox olub. Bu, o qədər də böyük rəqəm deyil. Əlbəttə, inflyasiya səviyyəsinin aşağı olması əhalinin rifahına müsbət təsir göstərir".

İ.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə iqtisadi inkişaf strategiyasını, qarşıda duran məqsədləri müəyyənləşdirdi, həm də bu məqsədlə atılacaq addımların istiqamətlərini söylədi: "Hər kəs Prezidentin dediklərindən nəticə çıxarmalıdır, bu məsələdə Prezidentin ətrafında sıx birləşməlidir. Hesab edirəm ki, cənab Prezidentin 9 ayın yekunlarına həsr edilmiş çıxışı ümumi siyasətin daha bir istiqamətini müəyyənləşdirdi. Yəni islahatlar ardıcıl aparılacaq, dərinləşəcək və bu islahatların ümumi nəticəsi xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək. Möhtərəm Prezidentimizin rəhbərliyi, siyasi iradəsi ilə bu işlər indiyə qədər həyata keçirilib və bundan sonra da davam edəcək".

Son xəbərlər

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Rafiq Quliyev deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək

BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur

Bütün xəbərlər