{category-title}

Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı

 Ali Məhkəmədə tanınmış müğənni, Əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovanın barəsində olan məhkəmə hökmündən kassasiya şikayətinə baxılıb. 
Oxu.Az xəbər verir ki, Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 
Qərara əsasən, S.Hüseynovanın kassasiya şikayəti təmin edilməyib. 

İttihama görə, tanınmış model S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Amma S.Hüseynova məhkəmə proseslərinə gəlməyib və 2017-ci il dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarışa verilməsi barədə qərar çıxarıb.

R.Ayxanla birgə işləmiş tanınmış dizayner S.Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Bakı İstintaq Təcridxanasına köçürülüb.

S.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

2017-ci il dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, S.Hüseynovaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsi S.Hüseynovanın apellyasiya şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb. 
Qeyd edək ki, Əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Daha sonra isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla işbirliyinə son qoyduğunu açıqlayıb.
Xatırladaq ki, S.Hüseynova 1990-cı illərin sonlarında bir neçə porno filmə də çəkilib. Həmin filmlər 2000-ci illərin ortalarında Azərbaycanda da yayılmışdı.

Son xəbərlər

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Bütün xəbərlər