{category-title}

"Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama

 

 

Türkiyə ordusunun Suriyada sayca 3-cü hərbi əməliyyatı "Barış Pınarı" artıq 8-ci günündədir.

Oktyabrın 9-da saat 16:00-da Türkiyə ordusu Suriyanın şimal-şərqində YPG silahlı təşkilatının daxil olduğu "Suriya Demokratik Qüvvələri" (SDQ) koalisiyasının nəzarətində olan bölgədə hərbi əməliyyata başlayıb.

Bölgədə əməliyyatların gərginləşdiyi bir dövrdə əsas sual bu hərbi əməliyyatların regiona nə kimi təsir göstərəcəyi ilə bağlıdır.

Xatırladaq ki, Türkiyə bir müddət öncə də sərhədlərində terror təhlükəsini əsas gətirərək Suriyada hərbi əməliyyatlar keçirib.

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verə politoloq Hikmət Hacızadə bildirdi ki, Türkiyənin bölgədə bu cür əməliyyat başlatmasının həm mənfi, həm də müsbət nəticələri ola bilər.

"Türkiyə başlatdığı bu əməliyyatı uğurla sonlandıra bilsə, əlbəttə ki, bu region üçün çox yaxşı nəticələr verə biləcək. Ən əsası terror təhlükəsi azalmış olacaq, terrorla mübarizə aparan bir çox Yaxın Şərq ölkələri dirçələ biləcək. Həm kürd, həm də suriyalı qaçqınların problemlərinin həlli asanlaşacaq. Yox, əgər Türkiyəyə burada mane olsalar və plan uğursuz olsa, onda yenə separatçılar regionun stabilliyini pozmaqda davam edəcəklər. Türkiyəyə uğurlar diləyirik. Azərbaycan sizin yaninizdadır!".

Onu da qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında "Barış Pınarı" əməliyyatının başa çatması üçün şərti açıqlayıb.

"Türkiyə tarixində terror qruplaşması ilə bir masa araxasında oturmaq yoxdur və olmayacaq. Bununla bağlı bizi axtarıb, danışıq aparmaq istəyənlərə deyirik: Türkiyənin müttəfiqliyini görməzdən gəlib, terror qruplaşmasının könlünü xoş etmək istəyirsizsə, bizim şərtimiz elan etidyimiz 32 km-lik təhlükəsizlik bölgədən bu gecə bütün terrorçuların çıxmasıdır. Onda bizim "Barış Pınarı" aniterror əməliyyatı başa çatacaq. Yox, terrorçuları qorumaq istəyirlərsə, o zaman yenə də onların bölgədən çıxması lazımdır. Yox, terrorçular vasitəsi ilə bizə təzyiq etmək istəyirlərsə, bağışlayın, biz buna icazə verməyəcəyik. Terrorçuları təqib etdik, edəcəyik. Hazırda 1220 km–lik ərazini terrorçulardan təmizlədik", - deyə Türkiyə Prezidenti bildirib.

Son xəbərlər

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Ən çox nifrət edilən 5 bürc: Hamı onları...

Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib

“Semka” da həbs edildi

KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto

Bütün xəbərlər