pressxeber.info
pressxeber.info

Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub

20 dəfə baxılıb 14-10-2019, 19:13

Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub

 

Azərbaycanın mədəni irsi Cənubi Koreyanın paytaxtı Seulda keçirilən "İtevon qlobal şəhərciyi" adlı beynəlxalq festivalda təqdim olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın zəngin tarixini və mədəniyyətini, turizm potensialını əks etdirən əyani vəsaitlər, o cümlədən kitablar, jurnallar, milli geyimlər, suvenirlər nümayiş olunub.

Azərbaycanın təbiət gözəlliklərini, tarixi abidələrini və müasir memarlıq nümunələrini əks etdirən fotoşəkillər festival iştirakçılarında ölkəmiz haqqında müsbət təəssürat yaradıb.

Ölkəmizin Seuldakı səfirliyi tərəfindən Azərbaycanın təbliğinə və tanıdılmasına dair hazırlanmış xüsusi nəşrlər ziyarətçilərə paylanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi