{category-title}

"Bəlkə, bu gün Kəmalə oyundan çıxacaq?" - Açıqlama

 

"Maşın" realiti şousunu ərsəyə gətirən "M Group Production" müğənni Rəqsanə İsmayılovanın ittihamlarına cavab verib.

Sonxeber.az xəbər verir ki, layihənin mətbuat xidmətindən qafqazinfo-ya verilən məlumata görə, sənətçinin iddiaları həqiqəti əks etdirmir.

Qeyd olunub ki, sözügedən qalmaqallı kadrlar yarışmanın "Youtube" səhifəsində qalmaqdadır: "O kadrlar haradan silinib? "Youtube" kanalımızda o görüntülər varsa, kim deyə bilər ki, silmişik? Hansısa İnstaqram səhifəsi videoları silibsə, bunun bizə aidiyyatı yoxdur".

Bundan əlavə, prodakşın ifaçının "qalib Kəmalədir" ifadəsinə də münasibət bildirib: "Bu başdan kimsə qalibin adını açıqlaya bilməz. Çünki heç finalistlərin adları bəlli deyil. Axşam bir nəfər tribunaya çıxacaq, səs toplasa, kimisə şoudan uzaqlaşdıracaq, əks halda özü gedəcək. Daha sonra 3 nəfər finalist məlum olacaq. Rəqsanə xanım şəxsi fikirlərini deyib. Amma bu sadəcə onun fikirləridir. Bəlkə, bu gün elə Kəmalə Piriyeva oyundan çıxacaq? Və yaxud, o, "Maşın"ın qalibi olacaq. Bu o demək deyil ki, Rəqsanə belə dedi, açıqlaması real oldu. Yəni 4 nəfər var, amma qalibin kim olacağını heç kəs əvvəldən deyə bilməz".

Qeyd edək ki, Rəqsanə İsmayılova instaqramın canlı yayımına qoşularaq "Maşın"da aktrisa-aparıcı Kəmalə Piriyevanın qayda pozduğunu, lakin göz yumulduğunu bildirib.

Son xəbərlər

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Bütün xəbərlər