pressxeber.info
pressxeber.info

"Araz" ÇL üçün iştirak ərizəsini UEFA-ya göndərdi

14 dəfə baxılıb 3-10-2019, 15:37

"Araz" ÇL üçün iştirak ərizəsini UEFA-ya göndərdi

 

UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz" oyunçuların siyahısını qitənin ali futbol qurumuna göndərib.

Qol.az-ın məlumatına görə, təmsilçimiz 13 futzalçı ilə mübarizə aparacaq.

Qapıçılar: 12. Rövşən Hüseynli, 1. Emin Kürdov, 19. Vladislav Reznov

Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye

Baş məşqçi: Joze Alesio Da Silva

Qeyd edək ki, oyunlar oktyabrın 9-da, 10-da və 12-də Belçikada keçiriləcək. Təmsilçimiz müvafiq olaraq Belçikanın "Halle-Gooik", Portuqaliyanın "Benfika" və Ukraynanın "Xerson" klubu ilə qarşılaşacaq. Qrupda ilk 3 yeri tutan komanda elit-raunda vəsiqə qazanacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi