pressxeber.info
pressxeber.info

Dürüstlük, humanizm, yardımsevərlik aşılayan tamaşa - “Piter Pen: Yoxlandiyaya səyahət”

13 dəfə baxılıb 3-10-2019, 13:04

Dürüstlük, humanizm, yardımsevərlik aşılayan tamaşa - “Piter Pen: Yoxlandiyaya səyahət”

 

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi oktyabrın 4-də balaca teatrsevərlər üçün isveçli dramaturq, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında səhnələşdirilən “Piter Pen: Yoxlandiyaya səyahət” adlı tamaşanı təqdim edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu sehrli qəhrəman və dostlarının sərgüzəştlərinin səhnə həlli, teatrın quruluşçu rejissoru Anar Məmmədova məxsusdur.

Uşaqlara dürüstlük, humanizm, yardımsevərlik və cəsarət aşılayan tamaşanın əsas ideyası öz gücünə inam və qətiyyətdir.

Fərqli kukla texnikası və işıq həlli ilə tərtib olunan tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır. Uşaqları sirli nağıllar dünyasına səsləyən bu quruluşda hərəkətli dekorasiyalar da üstünlük təşkil edir.

Müxtəlif mexanizmlərlə işlənmiş kuklalardan hazırlanan birhissəli uşaq tamaşasında obrazları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova, Aygül Ağayeva, Elgün Həmidov, Samirə Nəcəfova, Araz Həsənli və Adil Dəmirov canlandıracaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi