{category-title}

Milli Qəhrəmanlar Qarabağ qazilərinin döyülməsini PİSLƏDİLƏR

 

Artıq bir neçə gündür ki, Bakının Binəqədi rayonu ərazisində Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) mühafizəçiləri ilə bir qrup Qarabağ əlili arasında insident yaşanır. İnsident zamanı hər iki tərəfdən xəsarət alanlar və müxtəlif xəstəxanalara yerləşdirilənlər var.

Olaya səbəb Qarabağ qazisinin ərazidə tikilən evinin SOCAR əməkdaşları tərəfindən sökülməsi olub.


Modern.az 
saytı yaşanan hadisələrlə bağlı vaxtı ilə Qarabağ uğrunda döyüşlərdə ad-san qazanmış Milli Qəhrəmanlardan münasibət öyrənib.


Maşallah Abdulalyev:
 “Məsələdən xəbərim yox idi, eşitdim və çox narahatam. Qarabağ əlilini ilk növbədə dinləmək lazımdır. Əgər yalnışı varsa, demək lazımdır ki, “səhvin var, düzgün yolda deyilsən”. Yəni sözlə başa salmaq lazımdır, dava-dalaş nəyə gərəkdir? Yeri gəlsə, onlara adlarına görə güzəşt etmək lazımdır, əl qaldırmaq nə deməkdir?”.


Məhəmməd Həsənov:
 “Əgər kimsə Qarabağ qazisinə əl qaldırıbsa, ümumiyyətlə həyatda nə etdiyini bilmir. Bu hərəkət insanlığa sığmayan davranışdır”.


Vahid Quliyev: 
“Vətən uğrunda döyüşən hər bir şəxsə bütün xalqın böyük hörməti olmalıdır. Qaldı ki, Qarabağ qazilərinə - onlar bizim başımızın tacıdır. Vaxtilə vətən uğrunda döyüşmüş şəxsləri indi hansısa qurum əməkdaşlarının döyməsi  yolverilməzdir. Əvvəla həmin işçilər kimdir ki, hansısa vətəndaşı döyə və yaxud yaşadığı evi, hasarı sökələr? Bu işi icra etmək üçün aidiyyəti orqanlar, məhkəmə var. Əgər məhkəmənin qərarı olarsa, icraçı orqanlar lazımi işi görər”.

Son xəbərlər

“Semka” da həbs edildi

KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto

Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı

Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Paşinyan Putinin andiçməsinə gedəcək?

Tanınmış rusiyalı müxalif yazar həbs olundu

“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti

“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Fateh Can: Fədakar alim və cəfakeş ana

Ələt-Astara magistralında təhlükəli vəziyyət

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verildi

Adəmin atasına 30 sutka həbs verildi

Çingiz Abdullayev qidadan zəhərlənib? - Rəsmi

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Sabah 27 dərəcə isti olacaq - HAVA PROQNOZU

“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli

Bütün xəbərlər