{category-title}

SOCAR-dan əlillərlə bağlı açıqlama - RƏSMİ

 

 

Sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb.

Şirkətdən "Ölkə.Az”a verilən məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb. Bildirilib ki, sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayaraq, ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər.

"Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar. İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış video çəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər”,- açıqlamada qeyd edilib.

Bildirilib ki, aparılan ilkin araşdırmalardan məlum olub ki, tikinti yerinə çağırılan və iğtişaşlara təhrik edilən əlillərin həmin tikintiyə heç bir aidiyyəti yoxdur: "Hüseynov Şərif Novruz oğlunun ətrafında olan bir qrup bütün vasitələrlə öz qanunsuz maddi maraqlarına nail olmağa çalışır. Bunun üçün hər cür əməllərə əl atır, o cümlədən əlilərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməkdən, onları təxribata çəkməkdən belə çəkinmirlər. Hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olublar”.

Hazırda baş vermis insidentlə bağlı hüquq mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır. 

Son xəbərlər

Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırıldı

Paşinyan istefa verməyə hazırlaşmır

Bu vərdişləri tərgidin, yoxsa...

Bakıda hoteldə 4 nəfər zəhərləndi - 2-si öldü

“Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib

Meyxanaçı ilə aparıcının toyudur

Tərtər məktəbliləri arasında dava - 1 nəfər öldü

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Gənc nəsil üçün yeni imkanlar açılır - Emin Əmrullayev

Bayden və II Abdullah Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto

ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik

Ağdərədə sümük fraqmentləri aşkarlanıb

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Laos Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq

Rusiya Volodimir Zelenskini axtarışa verib

Bütün xəbərlər