{category-title}

"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO

 

 

1968-ci ildə görkəmli rejissorumuz Həsən Seyidbəylinin ekranlaşdırdığı "Bizim Cəbiş müəllim" filmində məşhur meyxana səhnəsi var. Ötən həftə bu filmlə bağlı bir veriliş çəkildi. Həmin proqramda da şahidi oldum ki, filmdə bizim söylədiyimiz və 50 ildir unudulmayan məşhur meyxananın müəllifi ilə bağlı müxtəlif ziddiyyətli fikirlər dolaşır. Hər kəs o meyxananın kiməsə aid olduğunu iddia edir. Bilirsiniz, mən Azərbaycanda olmadığıma görə, bu filmlə, xüsusilə filmdə olan meyxana səhnəsi ilə bağlı cürbəcür söhbətlər olub. Filmdə çəkildiyimə görə, bu hadisəni dəqiqliklə bilirəm.

Sonxeber.az bildirir ki, bu maraqlı açıqlamanı open.az-a Türkiyədə yaşayan dəyərli sənətkarımız, xalq artisti, "Bizim Cəbiş müəllim" filmində ifa etdiyi Rəsulov obrazı ilə böyük kinoya ilk imzasını atan Cahangir Novruzov deyib.

Cahangir Novruzov "Bizim Cəbiş müəllim" filminin çəkilişləri zamanı ekran əsərinə daxil olmayan, montaj vaxtı "kəsilib, atılan" kadrların olması ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib:

"Filmdə xüsusi olaraq hansı səhnələr ixtisar olunub, hansı kadrlar montajdan sonra filmə daxil edilməyib, bununla bağlı xüsusi nəsə söyləyə bilmərəm. Amma Nəsibə xanım Zeynalova və Əliağa Ağayev improvizə adamı idi. Filmin çəkilişləri zamanı çox hadisələr baş verib. Məsələn, filmdə olan ayaqyolu səhnəsi, Aqilin, yəni Makedonun o cəftəni bağlaması sırf improvizəydi və Həsən Seyidbəyli sadəcə o səhnəni saxladı. Çəkilişdə o gərginliyin arasında xəfif bir təbəssüm yaratdı. Kinoda belə kadrlardan istifadə etmək Həsən Seyidbəylinin ustalığından xəbər verirdi.

Həsən müəllim, tamaşaçıların sevgisi, diqqəti üçün filmin bəzi yerlərinə məzə qatmışdı.Təbii ki, bütün səhnələri saxlasaydı, film müharibə illərində arxa cəbhədən bəhs edən komediya kimi alınardı. Başqa səhnələrdən xəbərim yoxdur. Təbii ki, çəkilib amma filmə daxil olmayan məqamlar olub. Kaş ki, bu günki rəqəmsal mühit onda olaydı. Elə olsaydı, çəkilən və filmə daxil olmayan kadrlar saxlanardı".

Xatırladaq ki, "Bizim Cəbiş müəllim" bədii filmini görkəmli kinorejissor Həsən Seyidbəyli 1969-cu ildə, kinodramaturq Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında ekranlaşdırıb. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir.
"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər