{category-title}

 

 

Cənab Əhməd Əhmədzadə Azərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Ölkəmiz kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün əlverişli iqlim və zəngin təbiətə malik olan coğrafi bir regionda yerləşmişdir.

 

  Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.

    Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Əhməd Əhmədzadə, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb Əhməd Əhmədzadə, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Əhməd  müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Əhməd Əhmədzadəni tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi  peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

 

Suvarma əkinçiliyi diyarı olan Azərbaycanda uzun illərdən bəri böyük zəhmət və külli miqdarda vəsait hesabına su axımını bölüşdürən və tənzimləyən irriqasiya sistemlərindən, kollektor-drenaj şəbəkələrindən, nasos stansiyalarından və su anbarlarından ibarət geniş və mürəkkəb meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu kompleksin əsas hissəsi ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə onun şəxsi təşəbbüsü və yaxından köməyi ilə yaradılmışdır. Ölkəmizdə meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkün olmadığını böyük uzaqgörənliklə qeyd edən ulu öndər Heydər Əliyev ölkədə meliorasiya və su təsərrüfatının inkişafına xüsusi əhəmiyyət vermiş, bu sahənin əhəmiyyətini yüksək qiymətləndirərək onun inkişafını daim diqqətdə saxlamış, aparılan bütün işlərlə şəxsən maraqlanmışdır. 
Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında və ölkənin ərzaq probleminin həllində oynadığı rolu nəzərə alaraq, eləcə də çoxminli meliorpatorların şərəfli və məhsul bolluğu yaratmaq istiqamətində əməyini qiymətləndirərək Azərbaycanda “Meliorasiya və irriqasiya haqqında” Qanunun 1996-cı ildə qəbul edildiyi 5 iyun gününün meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı - “Meliorator günü” kimi qeyd olunması barədə 2007-ci il mayın 24-də sərəncam imzalamışdır.

Sərəncamın imzalanması möhtərəm Prezidentimizin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsi kimi melioratorlar tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.
Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL
Azərbaycan mürəkkəb relyef və təbii-iqlim şəraitinə malik, qədim suvarma əkinçiliyi diyarıdır. Ölkənin kənd təsərrüfatına yararlı torpaqları isti iqlimi və az yağıntı ilə səciyyələnən düzənlik-arid zonada yerləşdiyindən və yayın isti, qış aylarının az yağmurlu keçməsi torpaqda kifayət qədər nəmlik ehtiyatının yaranmasına imkan vermədiyindən, eləcə də qrunt sularının təbii axını zəif olmaqla torpaqları şorlaşmaya meyilli olduğundan burada əkinçiliyin yalnız süni suvarmalar fonunda aparılmasını və bu məqsədlə müvafiq meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsini tələb edir. Ölkənin suvarılan torpaq sahələri kənd təsərrüfatına yararlı sahələrin üçdən birini təşkil etsə də, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95%-i bu torpaqlarda istehsal olunur. Pambıq, tütün, tərəvəz və s. kimi gəlirli bitkilər tamamilə suvarılan torpaqlarda becərilir.

Suvarılan torpaqlar yüksək texniki və mühəndisi səviyyədə inşa edilmiş meliorasiya və irriqasiya fondları ilə təchiz olunmuşdur.
Ölkəmizdə meliorasiya və su təsərrüfatına diqqət və qayğı hazırda ulu öndərimizin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Onun sahəyə diqqəti və yaxından köməkliyi sayəsində təməli ulu öndərimiz tərəfindən qoyulmuş bir çox layihələr başa çatdırılmış, bir çox layihələr uğurla davam etdirilir və bir çox yeni layihələrin həyata keçirilməsinə başlanılmışdır.

Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL
Dövlətimizin başçısı cənab İlham Əliyev və cənab Əhməd Əhmədzadənin diqqət və qayğısına cavab olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çoxminli kollektivi qarşılarına qoyulmuş vəzifələri uğurla yerinə yetirmək üçün bundan sonra daha səylə çalışacaqlar.


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə - Azərbaycan ta qədimdən suvarma əkinçiliyi tətbiq olunan ölkə olsa da, XX əsrin əvvəllərində ilk meliorasiya tədbirləri Azərbaycanda aparılsa da, amma meliorasiya, su təsərrüfatı sahəsində böyük və hərtərəfli inkişaf ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir.

Ulu Öndərimiz həmişə meliorasiya, su təsərrüfatı obyektlərinin açılışında iştirak edər və camaatı təbrik edərdi. Bu ənənəni davam etdirən cənab Prezidentimizə bu gün belə bir obyektin açılışına gəldiyinə görə, melioratorlar adından, su təsərrüfatı işçiləri adından öz dərin minnətdarlığımızı bildiririk.
Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL
Cənab Prezident, son 15 ildə Azərbaycanda çox böyük işlər görülüb. Siz ümumi şəkildə dediniz, həmin illərdə 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib. Təkcə üç su anbarının - yəni Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının hesabına 390 min hektar ərazinin su təchizatı, 261 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşdırılıb, 150 min hektara yaxın su dəyməyən torpaqlara su verilib, yeni suvarma sahələri dövriyyəyə daxil olub.
Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL
İstifadəyə verilən gündən Taxtakörpüdə bugünkü günə 2 milyard kubmetr su olub, Şəmkirçay su anbarında 1 milyarda yaxın su yığılaraq respublika əhalisinin istifadəsinə verilib. Tovuzçay su anbarının həcmi çox böyük olmasa da, qısa müddətdə 100 milyona yaxın su yığılıb. Yığılan bu su xalq təsərrüfatına, bizim iqtisadiyyatımıza və əhalimizə sərf olunub. Qeyri-rəsmi dünya qiymətləri ilə götürsək, cənab Prezident, bu suyun dəyəri təxminən 3 milyarda yaxındır. Sizin gördüyünüz bu işlər sayəsində əhalimizə görün nə qədər xeyir dəyir.


On beş iI ərzində 2 min 234 subartezian quyusu qazılıb. Bu, 2 min 234 kəndin, yəni əhalinin, bölgənin sevincinə səbəb olan tədbirlərdir. Ötən il bizə göstəriş verdiniz ki, Azərbaycanda meliorasiya olunan, su təchizatı olan 100 min hektar torpağı istifadəyə vermək lazımdır. Bu, çox mürəkkəb bir iş idi, amma biz o tapşırığı icra etməkdə heç bir çətinlik çəkmədik. Çünki Siz hərtərəfli dəstək oldunuz, lazımi vəsait ayırdınız, eyni zamanda, bu köməklə yanaşı, yüksək tələbkarlıq göstərdiniz. Biz keçən il 103 min hektara yaxın torpaqda meliorativ tədbirlər apardıq, suvarma suyu ilə təchizatı yaxşılaşdırdıq. Onun bu il yenə də davam etdirilməsini tapşırdınız, həmin məsələlərin həlli üçün lazım olan vəsaitin ayrılmasına kömək göstərdiniz. Biz Sizə məruzə edirik ki, ilin axırınadək yeni suvarılan sahələri, meliorasiya olunan torpaqları və su təchizatı yaxşılaşdırılan daha 102 min hektar torpaqları Azərbaycan kəndçisinə təhvil verəcəyik. Bunlar Sizin gördüyünüz böyük işlərin nəticəsidir. Bu müddətdə yaradılan aqroparklar, yeni təsərrüfatlar, onların istehsal etdiyi məhsulun hamısı Sizin dəstəyinizlə əkin dövriyyəsinə daxil edilən yeni sahələrin hesabınadır.
Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL

Mən əvvəllər uzun müddət kənd təsərrüfatı sahəsində işləmişəm. İndi kənddə işləmək çox asandır. Siz kəndlinin torpağını da, suyunu da verirsiniz, başqa infrastrukturu da yaradırsınız, yolunu çəkirsiniz, hər şey edirsiniz, kəndliyə yalnız işləmək qalıb. Kəndli də işləyir və nəticələr yüksəlir. Ona görə də Azərbaycanda kənd təsərrüfatı sahəsində dinamik inkişaf heç vaxt dayanmayıb. Bu 15 il ərzində həmişə artım tempi olub.

Bu il Sizin tapşırığınızla çəkilən Neftçala magistral kanalı tam istifadəyə verilir. Orada 10 min hektardan çox sahə meliorasiya olunur. Sabirabad rayonunda artıq “H” kanalında yekun işlər görülür, 16 min hektar torpaq istifadəyə verilir, onun 1600 hektarı Biləsuvar rayonuna aiddir. Hər yerdə bu sahədə işlər gedir və nəticələri də göz qabağındadır. Bu gün açılışına toplaşdığımız bu kanalın çəkilişi üçün Sizin tapşırığınızla 2010-cu ildə selə qarşı mübarizə tədbirləri görməyə, Araz çayının yeni qol-kanalını tikməyə başladıq. O vaxt biz yeni qolun 5 kilometr uzunluğunda kanalını suvarma üçün açdıq. Eyni zamanda, Yuxarı Muğan kanalının üzərində üçgözlü 500 metr uzunluğunda dəmir-beton dunker və başqa qurğuları tikdik. Siz bu zonanın su təchizatını yaxşılaşdırmaq üçün böyük işlər görürsünüz.

Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL
2016-cı ildə Sizin İran İslam Respublikasında səfərdə olarkən cənab Ruhani ilə apardığınız danışıqların nəticəsi olaraq Xudafərin, Qız qalası hidroqovşaqlarının, Xudafərin su anbarının tikilməsi məsələsi ilə bağlı saziş imzalandı. Bunun Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Həm suların yığılması və selə qarşı mübarizə tədbirlərinin görülməsi, həm də orada yığılan sulardan həmin torpaqların suvarılmasına bu kanalın çəkilməsi imkan verdi. Biz bununla bağlı müraciət etdik, Siz tapşırıq verdiniz. Qısa müddətdə biz 54 kilometr uzunluğundakı kanalın torpaq kanalı şəklində tikintisi barədə Sizə hesabat verdik. Siz məsələ qaldırdınız ki, bunu beton kanal etsək daha yaxşı olar və Siz bunun üçün də vəsait ayırdınız. Biz kanalı beton etməklə əvvəl 40 min hektara su çatırdısa, kanalın suqalxma qabiliyyətini artırmaq, itkiləri azaltmaq və torpaqların meliorasiya vəziyyətinin pisləşməsinin qarşını almaqla, həmin o ərazini 53 min hektaradək artıra bildik. Bunun 26 min hektarı Saatlı rayonundadır, ora heç su dəyməyən torpaqlardır. Təmiz məhsuldar torpaqlardır, orada işləmək olar, 16 min hektara yaxını İmişlinin torpaqlarıdır. Bunun 10 min hektara yaxını da Biləsuvar rayonunun torpaqlarıdır. Yəni, indi qol-kanalların çəkilməsi üçün vəsait ayırdınız və hazırda onlar da çəkilir. Gələcəkdə orada 175,46 kilometr qol-kanallar çəkilməklə bu torpaqlardan tam istifadə etmək olar. Eyni zamanda, kollektor-drenaj şəbəkələrin çəkilməsi, xüsusilə Yuxarı Muğan kollektorunun yenidən qurulması ilə bu torpaqların meliorasiya vəziyyətini tam yaxşılaşdırmaq mümkündür. Siz bunlarla kifayətlənmədiniz və bizə tapşırdınız ki, Ələt-Astara yolunun sağında, solunda olan torpaqları da araşdırın. Bu gün Sizə məruzə edirəm ki, həmin ərazidə 30 min hektar yeni suvarılan sahəni əkin dövriyyəsinə vermək olar. Yəni, biz onları layihə şəklində hazırlayıb, Sizə təqdim edəcəyik.
Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL
Cənab Prezident, bugünkü açılış çox əlamətdar bir dövrdə keçirilir. İki gün əvvəl Azərbaycan dövlətinin başçısı kimi, Siz Türkiyə Respublikasında bu vaxtadək olmayan ən böyük müəssisənin, SOCAR-ın “Star” neft emalı zavodunun açılışında iştirak etmisiniz. Bu müəssisənin Azərbaycanın məhsulunun dünya bazarına çıxarılması üçün qardaş Türkiyə Respublikasında tikilməsi mühüm hadisədir və hamımızı çox sevindirir. Bu layihənin müəllifi də Sizsiniz, təşkilatçısı da. Bu uğur və böyük tədbirin keçirilməsi münasibətilə bütün melioratorlar adından Sizi təbrik edirik. Söz veririk ki, bundan sonra da bizim qarşımızda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyik. Melioratorlar Sizin tapşırıqlarınızı həmişə yerinə yetirməyə hazırdırlar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak etmişlər
Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak etmişlər.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq rayonda “Ulu Aqro” MMC-nin Qax Aqroparkı yaradılmışdır. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Aqroparkda görülən meliorativ tədbirlər, həmçinin Əyriçay su anbarı magistral kanallarının planı barədə dövlətimizin başçısına məlumat vermişdir. O bildirmişdir ki, ümumi ərazisi 2094 ha olan Aqroparkda suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulmuş, 405 hektarında isə “damcılama” sistemi yaradılmışdır. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün Aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilmiş, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilmiş, bütün zəruri meliorativ tədbirlər görülmüşdür. Buraya dövlət vəsaiti hesabına 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilmiş, transformatorlar quraşdırılmışdır. Aqroparka yaxın ərazidən keçən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda əsaslı təmir işləri aparılmışdır.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına və birinci xanıma İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr, həmçinin tütün, fındıq, bal, quru meyvə istehsalı üzrə respublika, o cümlədən bu iqtisadi rayondakı ötən ilin statistik göstəriciləri barədə məlumat vermişdir.
Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Dövlətimizin başçısı görüşdə çıxış edərək bu aqroparkın açılışının əhəmiyyətini vurğulayaraq, kənd təsərrüfatının inkişafına dövlət qayğısından danışmışdır. Son illərdə Qaxda çoxlu infrastruktur layihələrinin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.
Sonra Prezident İlham Əliyev aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basdı və əkin sahəsinə baxdı.
Məlumat verildi ki, aqroparkda 1200 hektar sahədə buğda, 169 hektarda qarğıdalı və 65 hektarda soya əkilib. Bundan başqa, 217 hektar badam, 50 hektar qoz, 32 hektar şaftalı, 30 hektar alma, 23 hektar gavalı, 12 hektar ərik və 11 hektar gilas bağları salınmışdır. Bu aqropark kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı, ölkəmizdə rəqabətqabiliyyətli məhsulların sayının və çeşidinin artırılması, ixrac potensialımızın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Aqropark yeni iş yerlərinin yaradılmasına da töhfəsini verir. Belə ki, burada 90 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Aqroparkın müasir logistika mərkəzi də var. Burada yaradılan idarəetmə mərkəzində iclas və brifinq zalları, kənd təsərrüfatı mütəxəssislərinin qalması üçün on nəfərlik yataq otaqları yaradılmışdır. Layihənin icrası zamanı aqroparkın logistika mərkəzində informasiya-kommunikasiya texnologiyalarının son yenilikləri tətbiq edilmişdir. Tutumu 4,5 min ton olan taxıl anbarı, sahəsi 5,4 min kvadratmetr olan bina tipli 4 anbar, ofis və yardımçı binalar tikilmişdir. Logistik mərkəzdə, eyni zamanda, 7 yataqxana binası, maşınyuma məntəqəsi inşa olunmuş, elektron tərəzi, transformator yarımstansiyası, generator quraşdırılmışdır. Aqroparkda istifadə üçün 13-dən çox adda 54 ədəd texnika və aqreqat alınmışdır. Gələcəkdə aqroparkın fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Aqroparkın bütün ərazisindəki fəaliyyətə burada yaradılan müasir logistik mərkəzdən nəzarət olunur. Aqroparkın əhatə etdiyi sahədə ən müasir avadanlıq tətbiq edilir. Burada xüsusi meteoroloji stansiyalar da quraşdırılmışdır. Bu stansiyalar aqroparkın hava durumu, torpağın hərarəti, rütubət kimi amillər barədə logistik mərkəzə məlumatlar ötürür.

 

Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL

Əhməd Əhmədzadə  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər