{category-title}

Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub

 

Sentyabrın 19-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda “Avropa irs günləri” layihəsinə həsr olunmuş ilk tədbir Qobustan Milli Tarix-Bədii Qoruğunda reallaşıb.

AZƏRTAC xəbər verir ki, qoruğun direktoru Vüqar İsayev çıxış edərək tədbir haqqında məlumat verib. Bildirib ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa irs günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Hər il Qobustana marağın daha da artdığını deyən Vüqar İsayev vurğulayıb ki, qoruğa gələn turistlərin sayı ilbəil artmaqdadır.

Onun sözlərinə görə, qoruğa ən çox Asiya ölkələrindən üz tuturlar: “Ziyarətçilərin sayını artırmaq üçün qoruqda daim tədbirlər təşkil olunur. Qoruq daima özünün təbliğatını aparır. Həmin tanıtım yönümlü işlərdən də biri, bu ilin oktyabrın 9-da UNESKO-nun təsis etdiyi qayaüstü təsvirlər günündə gerçəkləşəcək. Portuqaliyanın Foskua qoruğunda Qobustanın sərgisi təşkil olunacaq”.

Tədbirdə çıxış edən Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Raymond Bondin Azərbaycan mədəni irs nümunələri haqqında dərin təəssürata malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda UNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınması vacib olan xeyli sayda abidələr var.

Tədbirdə Avropa Birliyinin himni mədəni irs abidələrində ifa olunması məqsədini daşıyan hərəkata uyğun olaraq Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Buta” instrumental ansamblı tərəfindən orijinal və yeni versiyada təqdim olunub.

Sonra Xalq rəssamı Arif Hüseynovun təqdimatında uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib. İştirakçılara sertifikatlar təqdim edilib.

Xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli yaradıcı uşaq və gənclərin əl işlərindən ibarət sərgi – satış təşkil olunub.

Sonda “Kadr arxasında Qobustan” adlı mini-tur keçirilib. “Kadr arxasında Qobustan” turları ilə ziyarətçilər Qobustanın ekskursiya marşrutlarından kənarda- “kadr arxasında” qalan, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Qanlı zəmi” və digər onlarla məşhur filmlərin çəkildiyi məkanlar və ərazidə yerləşən abidələrlə tanış ola bilərlər. Yeni turların məqsədi filmlərin çəkildiyi məkanlara səfərlər təşkil etməklə həmin məkanları və ərazidə yerləşən abidələri ictimaiyyətə fərqli formada təqdim etməkdir.

Qeyd edək ki, hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba Soyqırımı Memorial Kompleksində də geniş qeyd olunur.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər