{category-title}

Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO

 

Hər gün milyonlarla avtomobil paytaxtın şimal girişi sayılan Sumqayıt şossesindən daxil olur. Yolda yaranan tıxac və sıxlıqlarda o insanlar müəyyən qədər vaxtlarını itirir. Nəzərə alsaq ki, qarşıdan yeni tədris ili gəlir, bu vəziyyət bir az da acınacaqlı olacaq.

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Günün pik saatlarında yaranan bu mənzərə ilə təkcə Sumqayıtdan paytaxtda iş, təhsil dalınca gələnlər yaşamır. Eyni problemlə Abşeron rayonunun sakinləri də üzləşir. Bu daha çox 20 yanvar, Xırdalan dairələri arasındakı hissədə özünü qabarıq biruzə verir.

Elməddin Muradlı – Ekspert: "Xırdalan dairəsindən üzü şəhər istiqamətinə gələndə, yenə 6 zolaqlı yol gəlib Şamaxinka dairəsindəki tuneldə tıxanır. 6 zolaqlı yol gəlib 2-3 zolaqlı yola daxil olanda əlbəttə tıxcac olacaq. Və Xırdalan dairəsi dağıdılmasa, o 6 zolaq gəldiyi kimi davam etməsə, orda problem heç vaxt həll olunmayacaq".

Paytaxtda şimaldan daxil olan vətəndaşlar istər giriş zamanı, istərsə də şəhəri tərk edərkən təminən gündə 1 saat saat yarım vaxt itirir. Bu isə günlərə, aylara vurduqda kifayət qədər böyük rəqəm edir.

Avtobus sürücüsü: "Səhər-səhər üzü şəhərə tərəf tırac olur, axşam isə əks istiqamətdə. Əlbəttə ki, bu vəziyyət işimizə təsir edir".

Sakin: "Səhərlər 09:00-a qədər, axşam isə əks istiqamətdə 18:00 və 20:00 arası tıxac olur".

Yol polisi deyir deyir ki, pik saatlarda şəhərdən çıxış zamanı yaranan problem Moskva prospektindəki sürücü özbaşınalığıdır.

Vaqif Əsədov – BŞBDYPİ-nin bölmə rəisi: "Şamaxınka ərazidən 20 yanvar dairəsi ərazi istiqamətində yolun hər iki hissəsində dayanma-durma qaydalarının yerinə yetirilməməsi bu ərazidə hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri üçün süni sıxlıq yaradır".

Problemin həlli üçün yeni təkliflər də hazırdır. Artıq həmin layihə aidiyyatı qurumlara da təhvil verilib.

Elməddin Muradlı – Ekspert: "Xırdalan dairəsinin tam dağıdılması, yeni bir infrasturukturun yaradılması, yəni axının tarazlanması layihəsi davam etdirilir, amma bu layihənin icrası üçün 6 ay vaxt lazımdır".

Bu layihənin nə vaxt icra olunacağı isə hələlik bilinmir. Buna kimi isə, hər gün eyni mənzərə, eyni əsəb və köhnə problem öz yerində qalır.

 
 

Son xəbərlər

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Bütün xəbərlər