{category-title}

"Azərbaycanın ən güvənli tərəfdaşı ABŞ deyil, Rusiyadır" - Y.Hacıyevadan İLGİNC AÇIQLAMA

 

“Donald Tramp üçün regionlar bir bazar idi”.

Beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva Redaktor.az-a açıqlamasında Con Boltonun ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən gözlənilmədən Tramp tərəfindən istefaya göndərilməsinin səbəblərinə aydınlıq gətirib.

Tramp Administrasiyasında istefalar

Y. Hacıyeva hesab edir ki, Boltonun istefasına Tramp Administrasiyasına qısa müddətdə xidmət etmiş nümayəndələrin istefası silsiləsindən baxmaq lazımdır:

“Prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton həm də onun keçmiş silahdaşı idi. Yəni buna ayrı qiymət vermək lazım deyil. Tramp Administrasiyası ümumiyyətlə, müşavirlərlə qısamüddətli işləyir. Tramp qısamüddətli işlədiyi müşavirlərin bəziləri ilə ya məcburən yollarını ayırır, ya da planlı şəkildə... Məcburi şəkildə Tramp indiyə qədər Flinnlə yollarını ayırıb. Flinnin adı Rusiya ilə bağlı qalmaqallarda da hallanmışdı. Onun kimi bir neçə müşavir var idi. Amma Administrasiyada bir neçə sima var ki, Tramp onlarla məqsədli şəkildə yollarını ayırdı. Bunlardan biri də Con Boltondur. Tramp Administrasiyasına, ABŞ dövlətinə xidmət edən simalarla qısa müddətli işləmək Trampın fərdi seçimidir və kadrlara yönəlik strategiyasının əsas hissəsi bundan ibarətdir. Bunu bir neçə istiqamət üzrə izah etmək olar. Birincisi, şəxsi münasibətlər baxımındandı. Tramp daha öncə biznesmen olduğu üçün öz işçilərini işə qəbul edib, işdən azad etmək adətinə sadiq qalır və işçilərini tez-tez dəyişir”.

Y. Hacıyeva vurğulayıb ki, Trampın işçilərini tez-tez dəyişməsi planlı şəkildə baş verir:

“Trampın prezidentlik dövrü çoxlu qalmaqallarla davam edir və davam edəcək. Trampın prezidentlik dövründə baş qaldıran problemlər prezident olmadığı dövrdə məhkəmə çəkişmələri ilə davam edəcək. Donald Trampın insanlarla qısamüddətli işləməsində əsas məqsədi gələcəkdə məhkəmə proseslərinin fərdi insanların ifadələrinin çoxluğunda itib-batmasıdır. Buna şahidlərin ümumi ifadələrinin sonunda məhkəmə proseslərini uzun illər davam etdirmək və nəticədə ədalətdən yayınma strategiyası da deyə bilərik”

Boltonun istefasın ABŞ-ın bölgələrə uyğun siyasətində hansı dəyişikliklərə gətirib çıxaracaq?

Y. Hacıyeva qeyd edib ki, Trampın dövründə ABŞ-ın bölgələrə uyğun ənənəvi siyasətində müəyyən korrektələr olub:

“Bu korrektələr bütün regionlar üzrə siyasətə aid idi. Ümumilikdə Trampın bəlli müşavirlərinin onun ümumi siyasətinə təsir edib-etməməsi sualına cavab vermək bir az çətindir. Çünki Trampın bölgələr üzrə yenilənmiş ABŞ siyasəti iqtisadi çıxarlar üzərində quruldu. Təəssüf ki, bəzi regionlarda iqtisadi çıxarların üzərində qurulan siyasət təhlükəsizlik məsələlərini ikinci plana atdı. Donald Tramp üçün regionlar sanki bir bazardır... Buna görə də ABŞ Trampın prezidentliyi dövründə regionlarda bu qədər zəif nəticə göstərə bilib. Bunu heç bir halda Boltonun “xidmət”ləri kimi dəyərləndirmək olmaz. Ənənəvi siyasətdə olan korrektələr ABŞ-ın yeni prezidentinin və ümumilikdə onun komandasının yanaşması idi. İqtisadi estableşmentdən gələn, daha çox biznesmenlər və milyarderlərdən ibarət olan komandanın bütün sahələr üzrə siyasəti məhz iqtisadi çıxarlar üzərində quruldu. Təəssüf ki, Tramp 2020-ci il seçkilərində prezident seçilməsə belə, yeni gələn prezident ABŞ siyasətində çox şeyi dəyişə bilməyəcək. Çünki Birləşmiş Ştatlar istər Yaxın Şərq siyasətində, istər Rusiya, istərsə də Mərkəzi Asiyaya münasibətlərində daha təhlükəsiz, özünə daha uyğun siyasətdən kənara çıxıb. Məsələn, bundan sonra gələn heç bir prezident Rusiyaya yönəlik sanksiyaları ləğv etməyə qadir olmayacaq. Çünki bu sanksiyalar ABŞ prezidentinin istəyindən asılı olmadan Konqres tərəfindən verilib. Doğrudur, bu sanksiyaların tətbiq olunmasına Trampın istəyi səbəb olmasa da, onun şəxsiyyəti səbəb olub. Trampın adı ətrafında gedən proseslər fonunda Rusiyaya hazırki sanksiyalar tətbiq olunub”.

Rusiya ABŞ-dan güvənli tərəfdaşdır

Y. Hacıyeva bildirib ki, sanksiyaların tətbiqi Rusiyanın ənənəvi tərəfdaşlarının ətrafında daha sıx birləşməsinə təkan verdi:

“ABŞ və Rusiya- hansı daha güvənli tərəfdaşdır?”- sualının cavabı Rusiyadır. Bunu Rusiyanın Avropa, hətta Azərbaycan da daxil olmaqla tərəfdaşları artıq anlayır. Rusiyaya tərəfdaş olan ölkələrə aydın oldu ki, rəsmi Moskva öz maraqları çərçivəsində siyasət yürütsə də, daha güvənli tərəfdaşdır. Rusiyanın regionlara yönəlik ənənəvi, uzunmüddətli siyasəti son 20-30 ildə dəyişməyib. Amma ABŞ təkcə İraq, Yaxın Şərq məsələsində ən azı 7 dəfə mövqe dəyişib. Biz eyni sözləri həmçinin Türkiyəyə də aid edə bilərik. Ankaranın siyasətində dəyişikliklər Obama dönəmində başlasa da, Trampın dövründə ABŞ-ın Türkiyə siyasəti təhlükəsizlik sahələrində tərəfdaşlıq aspektindən kənarlaşmalarla müşahidə olundu. Obamanın hakimiyyəti illərində ABŞ-la soyuq münasibətlər, Trampla Ərdoğanın fərdi görüşləri sayəsində isiləşmiş kimi bir təəssürat yaratdı. Lakin buna baxmayaraq, əslində iki dövlət arasında olan münasibətlər regionda tərəfdaş ölkənin münasibətlərindən çox kənarlaşıb. Bu, qısa müddətdə öhdəsindən gəlinəsi bir hadisə deyil. Con Boltonun varlığı və ya yoxluğu bu mövzuya təsir edən amil deyil. Boltonun getməsi ABŞ-ın Türkiyə siyasətində çox şeyi dəyişməyəcək”.

Con Boltonun istefası və Donald Trampın yanaşması...

Y. Hacıyeva qeyd edib ki, Bolton uzun illər daha çox İran əleyhinə qatı, kəskin mövqe sərgiləyən rəsmilərdən biri olub:

“Trampın Tvitterdə Boltonun istefası ilə bağlı yazdıqlarında real bir dəyərləndirmə var. Con Bolton ABŞ tarixinin son 10-15 ilində İrana qarşı ən qatı mövqe sərgiləyən müşavir idi. Bolton ABŞ-da özəlləşmiş hərbi sahələrdə (silah lobbisi) olanlarla sıx əlaqədə olan və sırf o sahədən gələn bir sima idi. O, hər addımbaşı ABŞ-ı daha çox müharibəyə cəlb edərək, öz mənsub olduğu silah lobbi qrupuna xeyir verməyə cəhd göstərirdi. Onu da qeyd etmək lazımdır ki, Tramp “adios” və qeyri-adekvat prezident kimi qələmə verilsə də, Boltonun bu “hücumçu” yanaşmasına aldanmadı və buna getmədi. Bununla da özlərini yəhudi lobbisinə yaxın göstərməyə çalışan, əslində isə silah lobbisinə işləyən qrupları məyus etdi”.

Xatırladaq ki, Bolton dünən gözlənilmədən Tramp tərəfindən istefaya göndərilib. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq Çarli Kupperman icra edəcək.

Son xəbərlər

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

Bütün xəbərlər