pressxeber.info
pressxeber.info

“Azərbaycanın hörməti bizdən çoxdur” - Ermənistan parlamentində QALMAQAL

11 dəfə baxılıb 10-09-2019, 14:46

“Azərbaycanın hörməti bizdən çoxdur” - Ermənistan parlamentində QALMAQAL

 

“Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləısi Təşkilatı”nda hörməti bizdən çoxdur. Ona görə onlar təşkilatın erməni baş katibini (red-Yuri Xaçaturov) geri çağırmağa müəssər olub”.

 

Modern.az Ermənistan  KİV-nə istinadən xəbər verir ki, bu sözləri parlamentin deputatı Arman Babacanyan deyib.

Onun çıxışı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə dəyişikliklə bağlı müzakirələr zamanı səslənib. Layihəni təqdim edən xarici işlər nazirinin müavini Şavarş Koçaryana etiraz edən deputat bu sözlərinə görə, həmkarının aqressiyası ilə qarşılaşıb.

 

“Əslində belə deyil. Baş katibi Ermənistan özü geri çağırıb”-deyə Koçaryan gələn il Belarusun baş katib postuna yiyələnəcəyini də əlavə edib.   

Xatırladaq ki, 1992-ci ildə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi