pressxeber.info
pressxeber.info

AŞPA prezidenti sabah Azərbaycana rəsmi səfərə gəlir

10 dəfə baxılıb 10-09-2019, 14:09

AŞPA prezidenti sabah Azərbaycana rəsmi səfərə gəlir

 

AŞPA prezidenti Lilian Mori Paskie (Liliane Maury Pasquier) sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək.

 

APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, səfər proqramında onun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

O, həmçinin, parlamentin Ailə, qadın, uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə fikir mübadiləsi aparacaq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşəcək.

Sentyabrın 11-də AŞPA sədri Bakıda Avropa Şurasının 70 illiyinə həsr olunmuş “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” adlı yüksək səviyyəli konfransa qatılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi