pressxeber.info
pressxeber.info

Türkiyənin Gürcüstandakı səfiri: "Bölgəyə sərmayə yönəlməsi dizayn məqsədi daşımır"

10 dəfə baxılıb 10-09-2019, 13:25

Türkiyənin Gürcüstandakı səfiri: "Bölgəyə sərmayə yönəlməsi dizayn məqsədi daşımır"

 

"Türkiyədən region ölkələrinə nəhəng sərmayə yönəldilməsi özəl sektorun tələbatından irəli gəlir".

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə keçirilən 5-ci "İndi Nə" (Now What) beynəlxalq konfransında "Türkiyə və onun qonşuları" adlı paneldəki çıxışında bildirib. Onun sözlərinə görə, Türkiyədən edilən investisiyalar bölgənin iqtiadi dizaynı məqsədi daşımır, bölgə xalqlarının rifahının yüksəldilməsinə xidmət edir.

"Bu investisiyalar Türkiyənin bölgə iqtisadiyyatını dizayn etmək istəyindən irəli gəlmir, əksinə özəl sektorun, biznesin tələbi ilə reallaşır. Təbii ki, burada Türkiyə hökümətinin maraqları var. Amma bu maraqlar birinin qalib, digərinin məğlub olması deyil, qələbə-qələbə (win-win) prinsipi üzərinə qurulub". 

Türkiyədən Gürcüstana böyük sərmayə axını olduğuna diqqət çəkən diplomat qeyd edib ki, ölkənin etnik tərkibi və coğrafi imkanları bu layihələrə təşviq edən amillər sırasındadır.

"Gürcüstanda türk dilində danışan minlərlə insan yaşayır. Biz burda neft-qaz boru kəməri layihələri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, "Orta Dəhliz" kimi nəhəng layihələrin icrasına güclü dəstək veririk və bu cür layihələrin gələcəkdə də həyata keçirilməsinə dəstəyimizi  davam etdirəcəyik",- deyə F.C.Yazqan bildirib.

1 / 4


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi