{category-title}

Cənubi Qafqazda yeni ekoloji təhlükə ocağı yetişməkdədir - Foreignpolicynews

 

 

"Ermənistanın baş naziri Nikol Paşinyan "Amulsar" qızıl mədənində işlərin davam etdiriləcəyini bəyan edir, yerli və beynəlxalq ekspertlər, ekoloqlar və kompetent dairələr bu layihənin nəinki Ermənistan, hətta bütün Cənubi Qafqazın ekologiyası üçün fəlakət yaradacağını söyləyirlər".

"Report"un məlumatına görə, bu barədə foreignpolicynews.ord saytında Maykl Bennetin məqaləsində deyilir.

Məqaləni oxuculara təqdim edirik:

"Bu yaxınlarda Facebook səhifəsində baş Nazir Nikol Paşinyan bəyan edib ki, layihənin Errmənistana və bölgəyə nə dərəcədə zərərli olmasını təyin etmək üçün yaradılan beynəlxalq ekspertlər qrupunun apardığı tədqiqat Cermux və Sevan (Göyçə) gölü yaxınlığında yerləşən "Amulsar" qızıl mədəninin istismarının heç bir ekoloji təhlükəsı yoxdur. “İstismar işləri ətraf mühit üçün təhlükəli deyil, mümkün təhlükə isə minimal və idarəolunandır”, - Ermənistanın baş naziri Nikol Paşinyan.

Paşinyanin xalqa 2025-ci ilə böyük iqtisadi sıçrayışlar söz verməsi də onun bu layihənin reallaşmasında daha maraqlı edir. Belə ki, layihənin operatoru olan Böyük Britaniyanın Lydian Armenia şirkəti Ermənistanda sosial layihələrin icrasına 3 milyon dollardan çox vəsait xərcləyib, həmçinin təbiətin mühafizəsi məqsədilə qoruq yaradacağına boyun olub. Hazırda qarşısına ciddi iqtisadi artım planı qoyan Ermənistan hökuməti üçün Amulsar qızıl mədəninin istismarı layihəsi göydən düşmə kimi görünə bilər.

Yerli ekoloqlar isə baş nazirin bu bəyanatına cavab olaraq Ermənistanın paytaxtı Yerevan şəhərində bir neçə etiraz aksiyası keçirib və bu layihənin Cənubi Qafqazda yeni ekoloji təhlükə ocağı olacağını bildiriblər.

"Amulsar" qızıl yataqları Ermənistanın təmiz qızıl ehtiyatına görə, ikinci yatağıdır. Burada 31 milyon ton qızıl filizi və 40,000 ton təmiz qızıl aşkarlanıb. Ekoloqların fikrincə, Arpa və Vorotan çayları arasında, Cermux kurort şəhərinin 13 kilometrliyində yerləşən yatağın istismarı zamanı Cermux yatağı yaxınlığında olan yeraltı sular, daha sonra isə əsas su mənbəyi olan Sevan (Göyçə) gölü həyat üçün təhlükəli olan maddələrlə çirklənəcək və bu həlli mümkün olmayan fəlakətə səbəb ola bilər. Bu səbəbdən ekspert rəyi alınana qədər "Almusar" qızıl mədənində işlər dayandırılmış "Earth link & Advanced Resources Development" (ELARD) şirkətinə kompleks ekspertiza aparmaq üçün vəsait ayrılmışdı.

ELARD şirkətinin gəldiyi nəticə isə Ermənistan rəhbərliyinin istəyi ilə üst-üstə düşür və bu yataqların istismar edilməsini qeyri təhlükəli kimi qiymətləndirir. ELARD bildirir ki, yataqların istismarı zamanı təhlükələr minimal və aradan qaldırılandır. ELARD həmçinin yataqların istismarı layihəsinin operatoru olan, aksiyalarının 100%-nin Böyük Britaniyanın Lydian İnternational şirkətinə məxsus Lydian Armenia şirkətinə suyun şirklənməməsi üçün 16 tövsiyyə təqdim edib. Lydian Armenia bunlardan 10-nu artıq reallaşdırdığını bildirsə də yerli və beynəlxalq ekoloqlar bununla razılaşmırlar.

Dünyanın aparıcı beyin mərkəzlərinin üç əməkdaşı Ann Maest, “ Buka Environmental, Boulder, CO, USA), André Sobolewski, ( PhD, Clear Coast Consulting, Inc. Gibsons, BC, Canada), Andrea Gerson ( PhD; Roger Smart, PhD Blue Minerals Consultancy, Wattle Grove, Tasmania, Australia) Ermənistandan olan həmkarları Harun Branozyanla birgə layihənin ətraf mühitə təsiri sənədini incələyərək belə qərara gəliblər ki, Amulsar qızıl yataqlarının istismarı layihəsi ətraf mühit üçün çox zərərlidir.

Layihə nəinki Cermux ətrafı bölgələr və Sevan (Göyçə) gölünə, həmçinin Azərbaycan ərazisindən keçən çayların çirklənməsinə potensial yaradır. “Layihənin başlaması ilə asid, metal, sulfat, nitrat və digər həyat təhlükəli zərərli maddələrin Arpa, Darb və Vorotan çaylarına, Kerçut su anbarına onillər, bəlkə də daha çox müddətdə axıdılması baş verəcək ki, bu da nəticədə ekosistemin məhvinə şərait yaradacaq. Lydian nəzərdə tutduğu tədbirlər yetərli deyil və su hövzələrinin çirklənməməsi riskini qarşılamır”, - ekspertlər vurğulayırlar.

Onların fikrincə, Lydian və onun məsləhətçiləri şaxtadan suyun zəhərlənməsi təhlükəsi ilə bağlı qeyri dəqiq bəyanatlar verərək iddia edirlər ki, bütün yataq oksiddən ibarətdir və guya bu səbəbdən qızılı yataqdan çıxarandan sonra emal edilmiş yataq bulaq və yeraltı suları çirkləndirməyəcək.

“Bu həqiqətə uyğun deyil.geoloji tədqiqatlar göstərir ki, sulfid minerallar yataqda var və tullantılara keçəcək , onları ayırmaq mümkün deyil, deməli onlar uzunmüddətli təsir gücünə malik turşular yaradıb suyu çirkləndirə bilər. Analizlər göstərib ki, bütün tullantılar turşu yaratmaq potensialına malikdir”, - beynəlxalq mütəxəssislərin hazırladığı hesabatda bildirilir.

Hesabatda adı çəkilən Arpa çayı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində, Vorotan çayı isə Ermənistan tərəfdən işğal edilmiş Azərbaycan torpaqlarında Araz çayı ilə birləşir. Bu isə o deməkdir ki, qızıl yataqlarının istismarı nəticəsində çirklənmiş su Araz vasitəsilə Azərbaycanın əsas içməli su ehtiyatı olan Kür çayına, oradan isə neft və nərə balıqları ilə zəngin Xəzər dənizinə axıdılacaq. Beləliklə, Amulsar yatağının istismarı nəinki Cermux ətrafı və Sevan (Göyçə) gölünə, həmçinin kütləvi iqlim dəyişiklikləri ilə mübarizəyə qoşularaq, ağac əkmə kampaniyasının aparıldığı Azərbaycan və bütün Xəzər hövzəsi ölkələri üçün də təhlükəli olacaq. Bu artıq problemin iki qonşu ölkə çərçivəsindən çıxaraq Amazon meşələrinin yanması kimi dünya miqyaslı edəcək.

Son olaraq hesabat müəllifləri Ermənistan hökuməti və vətəndaşlarını bu layihənin reallaşdırılmasına imkan verməməyə çağırıblar.

Diqqət çəkən məqamlardan biri də layihənin operatoru Lydian International təşkilatı və "Jersey-registered company" Ermənistan hökumətini beynəlxalq məhkəməyə (corporate court) verməsi və 2 milyard təzminat istəməsi ilə hədələməsidir.

Beynəlxalq məhkəmə əsasən dövlətlər və investorlar arasında mübahisələri nizamlamaq məqsədi ilə yaradılıb və xarici investorlara hökumətlərə onların gəlirini azaldan siyasətə görə təzyiq imkanı verən paralel hüquqi sistemə malikdirlər. Şirkətlərin bu məhkəmələrdən hökumətlərə təzyiq vasitəsi kimi istifadə etməsi, hətta adi siqaret qutusunudan tutmuş frekinqlərin qadağasına kimi məsələlər baxması faktları mövcuddur.

Ermənistanın Londondakı səfirliyinin qarşısında etiraz aksiyasında iştirak edən "Global Justice Now" təşkilatının üzvü Ceyms Anxel bildirir ki , "Lydian International" təşkilatı 2 milyard dollarlıq iddia ilə çıxış etmək istədiyini bildirəndən sonra Ermənistanda hakimiyyət devrilib. “Görürəm ki, bu iddia irəli sürüləndən sonra Ermənistanda hakimiyyət dəyişildi. Bu beynəlxalq məhkəmələrin demokratik əsasları necə məhv etməsindən xəbər verir. Mən Ermənistanda bu layihənin reallaşdırılmamasını istəyən fəallara həmrəyliyimi bildirirəm və Lydian International şirkətini toksik maddələrin istismarı planlarından imtina etməyə, Böyük Britaniya hökumətini isə bu kimi ticarət sövdələşməsindən imtina etməyə çağırıram”, - o deyir.

Etirazçı aksiyanın digər iştirakçısı olan "War on Want" təşkilatının üzvü Liz McKean isə deyir ki, biz beynəlxalq məhkəmələr fəaliyyətləri ilə öz əhalisinə qulaq asmaq istəməyən Ermənistan hökumətinə təzyiq edir və hökumət təslim olmayana kimi geri çəkilmirlər. Bu düzgün deyil. Ermənistan hökuməti bu şaxtaların qurulmasını istəməyən xalqına qulaq asmalıdır, Böyük Britaniya isi beynəlxalq məhkəmədən can qurtarmalıdır.

Ekoloqlar həmçinin diqqətə çatdırırlar ki, bu layihəni həyata keçirməklə Ermənistan BMT-nin transsərhəd çayları ilə bağlı konvensiyasına da zidd hərəkət etmiş olacaq. "Amulsar" qızıl mədəninin yarada biləcəyi ekoloji fəsad iqlim dəyişikliyi ilə bağlı böyük dövlətlərin ortaya qoyduğu məqsədlərin əleyhinə fəaliyyət kimi qiymətləndirilə bilər.

Son xəbərlər

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Bütün xəbərlər