{category-title}

Azərbaycanda daşqın təhlükəsi - Yağışlar davam etsə, qaçılmaz olacaq

 

Azərbaycanda daşqın təhlükəsi gözlənilir.

Bunu Oxu.Az-a Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi şura üzvü, coğrafiya elmlər doktoru Məhəmməd Abduyev deyib.

Onun sözlərinə görə, ölkə ərazisində yağıntılar davamlı olduğu halda daşqınların olması qaçılmazdır:

"Çayın qida mənbəyi ilk növbədə yağıntılardır. Atmosfer yağıntıları intensiv və leysan xarakterli olduğu zaman daşqınların olması da gözləniləndir. Daşqınlar, əsasən, Böyük Qafqazın cənub yamacında, şimal-şərq yamacında (Quba-Xaçmaz zonası), Qafqazın şimal-şərqində, Lənkəran çaylarında müşahidə edilə bilər. 

Kür çayı üçün ən aşağı minimum səviyyə sentyabrda, Araz da isə avqustda olur.  Əksinə olaraq, Kürdə maksimum səviyyə apreldə, Arazda isə mayda qeydə alınır. Amma qısamüddətli intensiv yağıntıların düşməsi ilə əlaqədar Kürdə suyun səviyyəsinin qalxması müşahidə edilə bilər. Amma bu, davamlı deyil".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla, normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 100-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində də artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 348 sm təşkil edib.

Son xəbərlər

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Bütün xəbərlər