{category-title}

Azərbaycan Gürcüstanın yeni baş nazirindən bunları gözləyir - BU BAŞ VERMƏSƏ...

 

Gürcüstanın yeni baş nazirini  hələ fəaliyyətə başlamadan Rusiyanın “xidmətçisi” adlandırırlar.

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Gürcüstanda Giorgi Qaxarianın  baş nazir seçilməsindən sonra, rəsmi Tblisinin xarici siyasət istiqamətinin necə olacağını təhlil edib. Təhlildə bildirilib ki, G. Qaxaria baş nazir seçildikdən sonra ilk çıxışında xarici siyasətindəki əsas istiqamətləri müəyyənləşdirdi:

“Birincisi, yeni baş nazir Tbilisi ilə Moskva arasında birbaşa danışıqlar üçün hələ erkən olduğunu söylədi. O, hazırki formatın dəyişdirilməsinə ehtiyac duymadığını vurğuladı. Hazırki format bəllidir, iki ölkənin xarici işlər nazirlərinin müavinləri mütəmadı olaraq İsveçrənin paytaxtında görüşərək, müxtəlif mövzularda fikir mübadiləsi aparırlar. Yeni baş nazir Rusiya ilə təmasların erkən olduğunu söyləməsinə baxmayaraq, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları onu Rusiyanın “xidmətçisi” adlandırırlar. Baş nazir hələ fəaliyyətə başlamadan onu Rusiyanın “xidmətçisi” adlandırmaq qəribə görünə bilər. Görünür, bu ittihamlar Giorgi Qaxarianın daxili işlər naziri işlədiyi dövrlə bağlıdır. Rusiyalı depuatlardan birinin Gürcüstan parlamentində çıxışı və onun spikerin masasında oturdulması Tblilisidə böyük iğtişaşlara səbəb olmuşdu. Giorgi Qaxaria da daxili işlər naziri olaraq həmin rusiyalı deputatın xətasız-bəlasız ölkəni tərk etməsini təmin etmiş, küçələrə çıxan müxalifətçilərə qarşı sərt tədbirlər tətbiq etmişdi. Görünür, müxalifət buna görə yeni baş nazirə “Rusiyanın adamı” damğasını vurub”.

Təhlildə Giorgi Qaxarianın Gürcüstan hökumətinin Cənubi Osetiya və Abxaziyanın əhalisi ilə birbaşa təmaslara başlamalı olması ilə bağlı çıxışına da münasibət bildirilib:

“Olduqca maraqlı təklifdir. Giorgi Qaxaria konkret istiqamət göstərmədən başqa dialoq formatlarından istifadə etməyi lazım bilib. Doğrusu, bu təklifin reallaşdırılması mexanizmi mürəkkəb görünür. Separatçı ərazilərdə yaşayan insanlarla birbaşa necə dialoq qurmaq olar? Məsələn, elə Giorgi Qaxaria parlamentdə baş nazir seçiklərkən separatçı Abxaziyada “prezident” seçkisi keçirildi və Gürcüstan Xarici İşlər Nazirliyi həmin “seçkilərin” nəticələrini tanımadığını, bunun Gürcüstanın ərazi bütövlüyünə qarşı qəsb kimi qiymətləndirdi. Heç bir separatçı bölgənin lideri nəzarət etdiyi ərazinin hansısa vətədaş qrupuna mərkəzi hökumətlə təmasa girməyə imkan verməz. Giorgi Qaxaria çıxışında açıq etiraf edib ki, Gürcüstanın 20 faiz ərazisini Rusiya işğal edib. Bu isə o deməkdir ki, Rusiyanın özü də Gürcüstanın yeni hökumətinə Cənubi Osetiya və Abxaziyanın qeyri-müəyyən qrupları ilə təmaslarına imkan verməyəcək. Digər tərəfdən separatçı bölgədə yaşayan qruplardan kim və ya kimlər Tbilisi ilə birbaşa təmaslara razı olar ki?”.

Təhlildə G. Qaxarianın “müharibə etmədən ərazi bütövlüyümüzün təmin edilməsinə çalışacağıq” bəyanatının həyata keçirilməsinin olduqca mürəkkəb olması vurğulanıb:

“Əlbəttə, anlaşılan istəkdir, heç bir dövlət və xalq müharibə və itki istəməz. Eyni sözləri Ukraynanın yeni prezidenti Vladimir Zelenski də bir neçə dəfə səsləndirib. Ancaq dünya tarixində müharibə aparmadan itirilmiş torpaqların geri qaytarılması və bununla ərazi bütövlüyünün təmini nümunəsi yoxdur. Rusiya rəsmi Tbilisi ilə nə zamansa normal münasibətlər qursa da, çətin ki, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılmasına razı olsun. Bunun üçün gərək Gürcüstan Rusiyanın bütün şərtlərini qəbul etsin və ikinci Ermənistana çevrilsin. Buna isə Gürcüstanın heç bir siyasi qüvvəsi razı olmaz. Ona görə də “müharibəsiz torpaqların geri qaytarılması” ideyası reallaşdırılması mümkün olmayan xoş niyyətdir. Ancaq o da aydındır ki, 2008-ci ildə Rusiya ilə müharibədən sonra Gürcüstanın heç bir hökuməti torpaqların geri qaytarılması məqsədilə hücum əməliyyatına başlamağa risk etməyəcək”.

Təhlildə bildirilib ki, Gürcüstan Avropa İttifaqı və NATO-ya inteqrasiya kursuna sadiq qalacaq:

“Bunu Georgi Qaxaria da öz çıxışında vurğuladı. Bu mənada Gürcüstanda bir-birini dəyişən hakimiyyət və hökumətlər bu kursdan imtina etmirlər. Bu kursun davamının özü də Gürcüstanın Rusiya ilə münasibətlərinin tam normallaşacağına zəmanət vermir. Rusiya öz qonşuluğunda NATO tərəfdaşlarına müsbət münasibət bəsləmir. Tam əksinə, son illərdə ABŞ-ın Gürcüstanda hərbi bazalar yaratması ideyası ətrafında müzakirələr gedir”.

Təhlildə qeyd edilib ki, Giorgi Qaxaria çıxışında bölgə ölkələri ilə münasibətlərə də toxunub:

“Giorgi Qaxaria Ermənistanın xətrinə dəyməsin deyə, bu ölkənin adını Azərbaycan və Türkiyə ilə eyni sırada hallandırıb. Ancaq Giorgi Qaxaria anlamamış deyil ki, Azərbaycan və Türkiyənin Gürcüstan üçün əhəmiyyəti daha böyükdür. Təsadüfi deyil ki, o, çıxışında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan üçün mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb. Hətta yeni baş nazir ölkəsinin əsas layihələrinin Türkiyə və Azərbaycanla həyata keçirilməsinə də işarə edib. Sadəcə, Giorgi Qaxaria Azərbaycanın ölkəsi üçün əhəmiyyətini bu şəkildə anlayırsa, başçılıq etdiyi hökumət strateji tərəfdaşı ilə münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməli, sərhəddin yerdə qalan hissəsinə yönəlik danışıqlarda soyuqqanlığını qorumalıdır. Azərbaycanın Gürcüstanın yeni hökumətindən ən böyük gözləntisi budur”.

Xatırladaq ki, Giorgi Qaxaria sentyabrın 8-də parlamentdə səsvermə zamanı Gürcüstanın yeni baş naziri seçilib.

Son xəbərlər

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Bütün xəbərlər